VERO-nun mənası Vəliyev Elmar Rüstəm oğlu demək imiş
Gəncənin icra başçısı adını əbədiləşdirmək üçün maraqlı bir addım atıb. Elmar Vəliyev rəhbəri olduğu şəhərdə öz adını əks etsirən şadlıq sarayı inşa etdirib. jam.az-ın Gəncədən aldığı məlumata görə, ötən həftə açılışı edilən Şadlıq Sarayının adı isə VERO-dur.
İcra başçısı qatıldığı açılış mərasimində çıxış edərək, Gəncədə yeni iş yerinin açıldığını vurğulayıb. Lakin o, heç bir şəkildə VERO-nun ona aid olduğu barədə bir kəlmə də dilinə gətirməyib. Təbii ki, bunu edəcəyi də gözlənilmirmiş. Çünki Vəliyevin Gəncədə xeyli sayda obyektləri olsa da, onların özünə aid olduğunu israrla inkar edir. Eyni zamanda, bir məmurun belə obyektlərə sahib olmasını təsdiqləməsi mümkünsüzdür.
VERO-nun açıqlamasına gəldikdə isə bu heç də qəliz bir anlam daşımır. Çünki həmin restoranın mənası Vəliyev Elmar Rüstəm Oğlu deməkdir. Sadəcə, izi itirmək və adı qısaltmaq üçün baş hərfləri bir araya gətiriblər.
Qarşı tərədin də mövqeyini dərc etməyə hazırıq.