Ata 2 yaşlı qızını döyüb öldürdü

9-07-2014, 17:28   
Ata 2 yaşlı qızını döyüb öldürdüMoskva vilayətinin Puşkin şəhərində azyaşlı qızını qətlə yetirməkdə şübhəli bilinən kişi həbs olunub.

Publika. az “Interfaks” agentliyinə istinadən məlumat verir ki, cinayət işinin istintaqı iyunun 4-də başlayıb. Həmin vaxt Puşkin şəhər polis orqanlarına 2 yaşlı Sofya Solodkonun itməsi barədə məlumat daxil olib. Onun valideynləri bildiriblər ki, 2 yaşlı Sofya 5 yaşlı qardaşı Timurla həyətdə oynayırmış. Təxminən saat 14.00 radələrində 28 yaşlı ata qızının yoxa çıxdığını görüb.

İstintaq orqanlarında valideynlərin şahid ifadələri üst-üstə düşməyib. Ata bir, ana başqa söz deyib. Polislər şübhələrində yanılmayıblar.

Məlum olub ki, 28 yaşlı kişi iyunun 4-də əsəbiləşərək uşağı döyüb. Çoxsaylı zədələrdən uşaq keçinib. Sofyanın anası dəhşətə gəlsə də, ərinə görə cinayətin açılmamasında maraqlı olub. Uşağın meyiti isə şəhər ətrafındakı yaşıllıq ərazidə basdırılıb.

Həbs olunan valideynlərin dindirilməsi davam edir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.