Artur Rasi-zadə: "Problemin həllinə ikili standartlarla yanaşılır"

24-04-2014, 11:30   
Artur Rasi-zadə: "Problemin həllinə ikili standartlarla yanaşılır"
Azərbaycan Respublikasının baş naziri Artur Rasi-zadə ölkəmizə səfərə gəlmiş İspaniyanın xarici işlər naziri Xose Manuel Qarsiya-Marqallonu qəbul edib.
Görüş zamanı İspaniya ilə Azərbaycan arasındakı mövcud münasibətlər fonunda iqtisadi əməkdaşlığımızın səviyyəsinin ölkələrin potensialına cavab vermədiyi qeyd olunub. Bildirilib ki, bu istiqamətdə qanunvericilik bazasının yaradılması və hüquqi tənzimləmə prosedurlarının hazırlanması, habelə iqtisadi əməkdaşlığa dair ikitərəfli komissiyanın yaradılması əlaqələrimizin genişlənməsinə təkan verəcək. O cümlədən, İspaniya nümayəndə heyətinin Bakıya səfəri çərçivəsində işgüzar dairələrin təmsilçilərinin iştirakı ilə keçiriləcək biznes-forumda əməkdaşlığımızın perspektivləri ətraflı müzakirə ediləcək, xüsusən, enerji, tikinti, nəqliyyat, kənd təsərrüfatı, infrastruktur, turizm sahələrində birgə fəaliyyətə dair danışıqlar aparılacaq.

Daha sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə qonaqlara ətraflı məlumat verən Baş nazir Artur Rasi-zadə, bəzi beynəlxalq qurumlarda bu problemin həllinə ikili standartlarla yanaşıldığını vurğulamaqla, münaqişəni beynəlxalq hüquq normaları çərçivəsində, sərhədlərin toxunulmazlığı və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi prinsipləri ilə həllinin vacib olduğuna dair Azərbaycanın mövqeyini bir daha nəzərə çatdırıb.

Qəbulda tərəfləri maraqlandıran bir sıra digər məsələlər ətrafında da geniş fikir mübadiləsi oldu.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.