Azərbaycandan Türkiyəyə 3 ton heroin aparanlar tutuldu

12-07-2014, 09:46   
Azərbaycandan Türkiyəyə 3 ton heroin aparanlar tutulduGürcüstan polisi yük maşınında üç ton maye heroin aparan iki nəfəri saxlayıb. Bu barədə məlumatı Gürcüstanın Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayıb.
DİN bu qədər böyük miqdarda narkotikin tutulmasını “presedentsiz hadisə” adlandırıb.
Müəyyən edilib ki, iki Gürcüstan vətəndaşı Azərbaycandan Türkiyəyə gedirmiş. Avtomobilə baxış zamanı 30 litrlik 93 qabda maye narkotik aşkarlanıb.
Kriminalistlərin ilkin məlumatına görə, narkotik maddənin 80 faizi xalis heroindən ibarətdir. Onun bazar qiyməti 100 milyonlarla dollar təşkil edir (musavat.com).
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.