Fələstin hökuməti Səhiyyə Nazirliyinin sözçüsü Eşref əl-Kudra son vəziyyətlə bağlı açıqlama verib
İsrailin Qəzzaya təşkil etdiyi hava hücumlarında həlak olanların sayı 163-ə yüksəlib.
Qəzzadakı Fələstin hökuməti Səhiyyə Nazirliyinin sözçüsü Eşref əl-Kudra son vəziyyətlə bağlı açıqlama verib. O bildirib ki, yaralananların sayı artıq 1085-i ötüb.
Kudra İsrail döyüş təyyarələrinin bu gecə Qəzzanın şərqində olan əş-Şucaiyye məhəlləsinə təşkil etdiyi hava hücumunda 18 nəfər həlak olub, 50 nəfər isə yaralandığını söyləyib. Bundan başqa Qəzzanın cənubundakı Rifah şəhərində 2 nəfər ölüb, 3 nəfər isə yaralanıb.