Bakıda polsi əməkdaşları daha bir biabırçı qanunsuzluğa əl atıblar. Musavat.com-un məlumatına görə, hadisə iyulun 12-də, günorta saatlarında baş verib. Bakının “Tarqovı” kimi tanıdığımız Nizami küçəsində, bir neçə əcnəbi turist musiqi sədası altında rəqs edib. Ətrafda olan insanlar da onlara baxaraq əyləniblər. Bu zaman bir neçə polis əməkdaşı onalara yaxınlaşaraq, rəqs etməyə qoymayıb. Polis əməkdaşları bu addımlarını onunla əsaslandırıblar ki, əcnəbilər rəqs etməklə insanların istirahətinə mane olurlar.
Maraqlısı budur ki, həmin yerdən 100 metr kənarda “Topaz” mərc oyunlarının reklamı üçün rəqslər edilib və topla fiqurlar göstərilib. Amma onların “insanların istirahətini pozması” polis əmıkdaşlarını narahat etməyib.