Paytaxtda kran avtomobillərin üzərinə aşıb. ANS PRESS-in məlumatına görə, Zivər Əhmədbəyov küçəsində kran aşıb. Hadisə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaxınlığında baş verib.
Kran bir neçə maşını yararsız hala salıb.
Yasamal rayon Polis İdarəsinin 27-ci Polis Bölməsindən verilən məlumata görə, hadisə zamanı insan ölümü və ya yaralanan olmayıb: "Bir neçə avtomobil yararsız vəziyyətə düşüb".