100-dən çox yaralı var; ölənlərin sayı durmadan artır
Moskvanın “Slavyanskıy bulvar” metrostansiyasında qəza zamanı ölənlərin sayı 10-a çatıb. Qəzada yaralıların sayı isə 120 nəfərdir.
12:58
Moskvanın “Slavyanskıy bulvar” metrostansiyasında qəza zamanı ölənlərin sayı 4-ə çatıb. Qəzada yaralıların sayı isə 95 olub. Yaralıların içərisində vəziyyətləri son dərəcə ağır olanlar var. Onların 55-i xəstəxanalara təcili yardımın köməkliyi ilə aparıb.
Daha 40 nəfərə isə Moskva Metropoliteninin əməkdaşları yardım ediblər və onları xəstəxanalara aparıblar.
12:21
Moskva metrosunda baş vermiş qəza ilə bağlı yeni xəbər yqayılıb. Verilən məlumata görə, qəza nəticəsində 3 nəfər ölüb.
Qəza ilə bağlı yaradılan operativ qərargahdan bildirilən məlumata görə, hadisə nəticəsində 30 nəfər yaralanıb, onlardan 10-u xəstəxanaya çatdırılıb. Səhiyyə Departamentinin rəhbəri Georgi Qoluxov isə bildirib ki, hadisə nəticəsində 80 nəfər
Moskvada “Slavyanskıy bulvar”stansiyasında qatar relsdən çıxıb. Qatar “Park Pobedı” stansiyasından “Slavyanskıy bulvar”stansiyasına gedərkən qəzaya uğrayıb. Hadisə nəticəsində 20 nəfər də qəzaya uğrayan vaqonların birində qalıb.
11.47
Bu gün səhər saatlarında Rusiyanın paytaxtı Moskva şəhərində metroda dəhşətli faciə baş verib.
ANS PRESS-in məlumatına görə, metronun “Slavyanskıy bulvar”stansiyasında qatar relsdən çıxıb.
Baş verən qəzada 50 nəfərdən çox insan xəsarət alıb. Məlumat daxil olan kimi hadisə yerinə çoxlu sayda təcili yardım, xilasedicilər və hüquq-mühafizə orqanları cəlb olunub.
Qeyd edək ki, qəzaya uğrayan qarat “Kiyevski” - “Molodyojnaya” stansiyası istiqamətində hərəkət edirmiş. Məlumat daxil olan kimi polis “Slavyan bulvarı” stansiyası ətrafını mühasirəyə alıb. Qəzadan sonra həmin istiqamətlərdə metronun faəliyyəti müvəqqəti olaraq dayandırılıb. Bu səbəbdən də, “Kiyevski” - “Molodyojnaya“ stansiyası istiqamətində 66 avtobus xidmət göstərir.
Hadisə nəticəsində yaralananların bəzilərinin vəziyyəti olduqca ağırdı. Onların həyatda qalmalarına ümid olduqca azdır.
Faktla bağlı araşdırmalara başlanılıb.