Sevil Nuriyeva İsmayılov“Star” qəzeti, Türkiyə, 23 may 2020-ci il Bəli, Putin Rusiyası ciddi şəkildə varlı bürokratik oliqarxiyanın inkişafına səbəb olub. Oğurluqlara və korrupsiyanın miqyasına, ağılalmaz zənginliklərin necə və hansı yolla qazanıldığına baxdıqda, düşünürsən ki, normalda bu mənzərə Rusiyanı çoxdan çökdürməli idi.
Rusları qiymətləndirərkən, oradakı inqilabların və iğtişaşların səbəblərini də anlamaqla oxumaq lazmdır. 1990-cı illərin əvvəllərində pulun əhəmiyyətinə bir o qədər də varmayan Rusiya profili mövcud idi. Korrupsiyanın miqyası indiki qədər yüksək deyildi. Rusiya getdikcə zənginləşdi və zənginləşdikcə də, özünün varlı elit təbəqəsi formalaşdı. Təbii ki, Rusiya bu zənginliyini xalqla paylaşmaq işini də öncə yaxşı bacardı. Ancaq həddindən çox pul özü ilə bərabər, siyasi iddialar da gətirir.Məsələn,
Rusiyanın Baş naziri – erməni lobbisinin dəstəklədiyi əsas şəxs olan
Mişustinin bu qədər zəngin oliqarxa çevrilməsi və 20 ildən çox müddətdə bürokratik sistemə inteqrasiyası, başgicəlləndirici sərvəti gələcəkdə onun siyasi iddialarının sərhədlərini də dəyişdirəcək həddədir.
Əlbəttə, Rusiyada erməni qrupu həmişə sakitcə və əlaltdan işini görüb: kölgədə dayanmaq və Rusiyanın 1 nömrəli adamını idarə etmək! Yerləşdiyi yerdən asılı olmayaraq, bu taktika heç vaxt dəyişməyib. Təbii ki, Rusiyada erməni əsilli məşhur mədəniyyət, incəsənət adamlarının, yazıçı və ssenaristlərin ciddi təsir gücünə malik olmalarını unutmamalıyıq.
Mişustin tibbi bacısı işləyən ananın və aviasiya sahəsində uzun illər çalışmış atanın övladıdır.
Son 20 ildə necə varlandığına baxdıqda, mafiyabənzər qruplarla işlədiyi gözlərdən qaçmır. Üstəlik, Rusiyada bunu sorğulayan onlarla xəbər portalı, internet kanalları mövcuddur. Təbii ki, xüsusi məlumatların müxalifət mediasında araşdırılması həm daxildən, həm də xaricdən dəstək tələb edir. Bu dəstəyin mövcudluğu faktı isə artıq Rusiyanın gələcəkdə siyasi böhrana sürüklənməsi cəhdindən xəbər verir.
Ruslar təkrar Yeltsin dönəminə qayıtmaq istəmirlər və belə bir çöküşün olmaması üçün bu dəfə fərqli bir siyasi ağıl səhnəyə çıxarılıb. Putin yeni bir çöküşün qarşısını almaq üçün keçmiş Sovet coğrafiyasına fərqli dildə və fərqli ölçüdə baxır. Təbii, bizim tərəflərdə səhnə arxasında Putinin kobud dilinin mövcud olduğunu bilməyən yoxdur. Ancaq keçmiş Sovet coğrafiyasındakı ölkələr də daha həmin köhnə ölkələr deyil. Bəli, Rusiyadan qorxu hələ də var; hələ də Rusiyameyilli düşüncə sahibləri mövcuddur; hətta nostalji sevgi və
“rus dili dəbi” yenidən meydana çıxıb. Ancaq buna baxmyaraq, həmin yerlərin də zənginləri daha təkbaşına rusa tabe olmaq istəmirlər.Orta Asiyada, Qafqazda, Moldova və
Belarusda artan müxalif səsləri görməzdən gələ bilmərik. Bunların içərisində, həqiqətən, xaricin dəstəyi ilə etiraza qalxanlar var. Ancaq xalqın iqtisadi vəziyyətinə gerçəkdən etiraz edən, dəyişikliyi bu səbəbdən istəyən oğru, korrupsioner məmurlarla yanaşı, üsyançı vətənsevər müxalifətçilər də az deyil. Buna görə də öz daxilində zamanında dəyişikliyə gedə bilənlər hadisələri daha ağıllı şəkildə görənlər, dərk edənlərdir.
Rusiyada zaman-zaman pulun əl dəyişimi qalıcı sabitlik üçün önəmli sayılıb. Eyni zənginlərin və çevrəsinin formalaşması isə siyasi iradəyə problem yaradacaq həddədir. Bu təsbit
Qazaxıstan, Özbəkistan, Belarus, Azərbaycan və
Gürcüstan üçün də keçərlidir. Burada xaraktercə bir-birinə bənzəyən siyasi reflekslərdən bəhs edirəm. Bu səbəbdən bölgə dövlətlərinin Rusiya ilə münasibəti davam edir, ancaq heç kim ABŞ-a qarşı Rusiya ilə ittifaq da istəmir.
Qazaxıstan nümunəsindən bunu daha rahat anlayırıq.Rusiyanın idarəetməsində oliqarxiyanın roluna nəzər saldıqda, ağılasığmaz zənginliyin gələcəkdə siyasi toqquşmanın xəbərçisi olduğunu da görməyimiz lazımdır. Uzun müddətdir ki, xaricdən ABŞ ağlı Rusiya daxilində dəyişiklik etmək üçün baş sındırır.
Rusiyada dövlət məmurlarının əksəriyyətinin ABŞ vətəndaşlığı var. Ölkəni idarə edənlərin övladları isə İsveçrə, İngiltərə, ABŞ-da təhsil alırlar.Corc Sorosun maliyyələşdirdiyi qurum və şəxslər indi səhnədədir. Sorosun olduğu hər yer təhlükəlidir. İnternet mediasına nəzər saldıqda, Sorosun hansı fəaliyyət içində olduğunu açıq gözlə görmək mümkündür.
İndilikdə Putin vəziyyətə nəzarəti əlində saxlaya bilir və arxasında hələ də xalqın dəstəyi var.
Ancaq ABŞ-a hansının göz-qaş edib-etmədiyini anlamaq üçün Rusiyada xüsusilə hakimiyyət içərisindəki siyasi aktyorların fərqliliyinə və mənfəət qruplarına diqqətlə baxmaq gərəkdir.Tərcümə Strateq.az-ındır