“BÖYÜK SIFIRLAMA” 2021-ə QALDI… –4 milyardlıq gəmidən "Huawei"n avadanlıqları niyə söküldü? - ARAŞDIRMA

20-07-2020, 10:04   

Ərgün Dilər
“Takvim”, Türkiyə, 17 iyul 2020-ci il
 
Dövlətlər arasında yaşanan hər cür sürtüşmənin bir məqsədi vardır. Böyüklərin məqsədi daha detallı və əhatəlidir. Aydan da baxsaq, Vaşinqton, London və Pekin arasındakı bilək güləşini görərik. Bu üç mərkəz yerdə qalan bütün ölkələrin marşurutunu, taleyini müəyyən edəcək.
Dünyanın damında bir sistem qurulduğu halda, kiminsə bundan kənarda yaşamaq şansı olmaz. Doğrusu, kimsəyə belə şans tanımazlar. İş adamları, banklar, enerji, silah şirkətləri, siyasətçilər, ağlınıza kim gəlirsə, hamısı bu sistemin içində yaşar.
Hazırda dünya srətlə yeni bir sistemin astanasına doğru getməkdədir. Yanvar ayının gəlməsilə birlikdə, yeni dünyanın işığı hər yerdən görünəcək. Həm də dəqiq şəkildə…
Ancaq bundan öncə bəzi koordinatlarda, əlbəttə, sancı olacaq. İstəyirsinizsə, bunu bir az açaq.
Bir neçə gündür ki, qarşıdan gələn yeni illə birlikdə həyatımıza girəcək olan “Böyük sıfırlama”dan (“Great reset”) bəhs edirik. Gəlin, bu gün də elə edək.
“Böyük sıfırlama”nın uğurlu olması casus savaşlarında “Dərin Amerika”nın qalib gəlməsindən asılıdır. Film parçası kimi oldu, amma reallıq budur. Kəşfiyyat savaşları indiyədək olmadığı qədər önəmlidir, balans dəyişdiricidir.
Hamısı məlum olmasa da, ABŞ, İngiltərə və hazırda Çin kimi ölkələr hədəf seçdikləri ölkələrdə kəşfiyyat şəbəkələri qurarlar. ABŞ, bəlkə də, ən öndə gedəndir. Təbii, bu rolu MKİ oynamaqdadır. Vaşinqton MKİ vasitəsilə hədəf seçdiyi hər bir ölkədə şəbəkə qurdu. 30 ildən çox olan bu müddətdə bu güc daha da böyüdü. MKİ hər bir ölkəyə sızarkən, orada amerikan agentlərilə güclənmədi. O ölkələrin vətəndaşlarını MKİ ilə əməkdaşlığa cəlb etdi. Bəzi ölkələrdəki rəqəmləri incələrsək, maraqlı detalları da görə bilərik. 2018-ci il etibarilə rəqəmlər belə idi: Rusiyada 93 rus, Fransada 126 fransız, İngiltərədə 144 ingilis, İtaliyada 193 italyan, Türkiyədə 319 türk, Almaniyada 481 alman, Çində 511 çinli əməkdaşlığa cəlb edilmişdi. Bu, 2018-ci ilə aid olan rəqəmlərdir.
Onu da qeyd edək ki, əlbəttə, MKİ yalnız bu ölkələrdə fəaliyyət göstərmir. Ancaq çox təsirlidir və qarşıdakı dövrdə daima göz önündə olacaq ölkələrdə durum belədir. Bu rəqəmlər birbaşa MKİ-yə bağlı olanları göstərir. Bir də onların idarə etdikləri vardır. Onlar ayrıdır.
Sadə dillə desək, MKİ agentləri öz ölkələrində iş adamı, jurnalist, rektor, müəllim, baş həkim, siyasətçi və b. peşədən olan şəxslərdir. MKİ hər bir ölkədə fərqli yol izləyir. Ancaq ümumiyyətlə uğurlu nəticə verən bir yol var ki, o, daim öncəlikli seçim olur. İstisnasız olaraq, hər bir ölkədə böyümək və güclənmək istəyən iş adamları vardır. MKİ həmin iş adamlarını tapır və maliyyə dəstəyi verməklə ölkədə təsirli hala gətirir. Ardınca onları MKİ-nin bütün istədiklərini edən güclü bir fərd halına gətirir. Latın Amerikasında bu formul 100% uğurlu oldu.
Eyni durum jurnalistlər üçün də keçərlidir. Ya ABŞ-da, ya da Avropada MKİ mərkəzində qısa müddətli təlim keçdikdən sonra onların Vaşinqton vektorunda yer almaları təmin edilir. Təhsil sahəsində işləyənlər üçün də oxşar formullar tətbiq edilir. İtaliya və Fransanın yüksək səviyyəli təhsil qurumlarının MKİ ilə əlaqələri ortaya çıxıb. Burada təəccüblü bir şey varmı? Əlbəttə, yoxdur.
ABŞ səfirliyində işləyən hər bir amerikalı potensial MKİ agentidir. Əslində, bu, bir çox digər ölkələr üçün də keçərlidir. Çünki diplomat kimliyi qorunmağa imkan verir. Agentin hədəfi çalışdığı ölkənin vətəndaşını əməkdaşlığa cəlb etməkdir. Və bu, daim uğurlu nəticə verir. Məsələn, hər hansı bir amerikalının Yelisey sarayına girməsi risklidir. Ancaq önəmli bir fransız məktəbinin yüksək səviyyəli idarəçisi istədiyi anda Yelisey sarayına gedə bilər. O üzdən MKİ bu formulla böyük bir güc əldə etdi.
Ötən günlər ərzində “Böyük sıfırlama” ilə bağlı hər ölkədən hesabat gəldi. Nəticələr 100%-lik uğura təminat verəcək şəkildə görünmürdü. Bu səbəblə, “Böyük sıfırlama” 2021-ci ilə ertələndi. Ancaq bu müddət ərzində “Dərin Amerika”, xüsusilə də iş adamları vasitəsilə, daha da təsirli olması üçün səsi yüksəltdi. “Dərin Amerika” iş adamlarının daha da təsirli olmasını, mediada daha effektli görünməsini istəyir. ABŞ-la ortaqlığın önəmli olduğunu bildirən iş adamları mediadan da eyni şəkildə qarşılıq görəcəklər. Mediada ABŞ-ın nüfuzu daha da ön plana çıxarılacaq.
Təbii ki, hər bir ölkə oxşar metodlardan istifadə edir. Rusiya, Fransa, İngiltərə, İtaliya, Türkiyə, Almaniya, Çin və digər ölkələr də özü üçün işləyəcək şəxsləri əməkdaşlığa cəlb edir. Bu, böyük dövlətlər üçün lazımlı addımdır. İngiltərədə bu durum bir az sıxıntıya yol açmağa başlayıb. İngiltərədə Çinə işləyən o qədər çox iş adamı var ki, Mİ6-nın bütün raportları bu durumun qarşısıalınmaz olduğunu göstərir. Rotşild ailəsinə yaxın olan iş adamları (İngiltərədə iş görmək istəyən hər bir iş adamı Rotşild ailəsindən izin almağa məcburdur), əlbəttə, Çinin uduzmasını istəmirlər. Bu səbəblə, “Dərin Amerika” da öncə diqqəti İngiltərəyə verdi. “Dərin Amerika”, açıq şəkildə olmasa da, Boris Consonu cilovlamağı bacardı. İndi qarşıdakı günlərdə İngiltərədə baş verəcək hadisələr “Böyük sıfırlama”ya öz təsirini göstərəcəkdir.
Henri Cekson Dərnəyi bir müddət öncə Çin haqqında hesabat yaydı. Bu hesabata dəstək verən və önəmli bir şəxs olan Metyu Henderson “Çin ingilis kəşfiyyatının işləmə metodunu öyrənməyə girişmişdi. Bunu anlamaq asan deyildi, amma aşkara çıxarıldılar. İndi yeni və kəskin bir proses başlayıb” dedi.
Metyu Henderson “Huawei”-lə bağlı prosesin daha da sərtləşəcəyinə eyham vurdu. Bu mövzuda şox yazdım. Ailə, yəni Rotşildlər bu qədər böyük maliyyə gücünü əllərində tutduqları halda, asan təslim olmayacaqlar. Lakin hadisələrin inkişaf istiqamətinə və səhnə alan önəmli oyunçuların hərəkət marşurutlarına baxdıqda, ingilis dövlət ağlının Çini qarşı tərəfə qoyması ortaya çıxmaqdadır. Bu səbəblə, dünyanın mərkəzlərindən biri, bəlkə də ən önəmlisi Londondur. İngiltərənin verəcəyi qərar bütün dünyaya təsir edəcək. Heç kim də bunudan kənarda qala bilməyəcək.
Görünən əlamətlər “Dərin Amerika”nın Londonu sürətlə öz yanına çəkdiyini göstərir. Önəmli və tamamlayıcı olan bir qeydim də var. İngiltərənin tarixdəki ən böyük və ən güclü döyüş gəmisi kimi tanınan HMS Queen Elizabeth” Uzaq Şərqdə İngiltərə, ABŞ və Yaponiya birgə hərbi təlimində iştirak edəcək. Təqribən, 4 milyard dollara başa gələn bu gəmi 40 F-35 daşıya biləcək. Gəmiyə yanvar ayında quraşdırılan “Huawei”-in texnoloji avadanlığı ötən həftə söküldü. Və HMS Queen Elizabeth”-ə bir yapon texnologiya şirkətinin məhsullarının quraşdırıldığı açıqlandı. “Huawei”-in sökülən texnoloji avadanlığının da Yaponiyanın açıq sularında dənizə atılacağı bildirildi. Yəni, London getdikcə öz rəngini, davranış tərzini, hərəkət marşurutunu müəyyən edir. Bu, çox önəmlidir.
Tərcümə Strateq.az-ındır
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar