Öldürülən azərbaycanlı mer daha yüksək vəzifəyə gedəcəkmiş

27-07-2014, 12:57   
Öldürülən azərbaycanlı mer daha yüksək vəzifəyə gedəcəkmişÖtən gün səhər saatlarında qətlə yetirilən Ukraynanın Poltava vilayətinin Kremençuk şəhərinin meri Oleq Babayev Poltava Regional Dövlət Administrasiyasına rəhbərlik etməli idi.
ANS PRESS-in məlumatına görə, evinin qarşısında naməlum şəxslər tərəfindən güllələnən Babayevin yaxınları açıqlamalarında belə deyiblər.
Onların sözlərinə görə, Kremençuk şəhərinin meri vəzifəsini icra edən Oleq Babayev artıq bir neçə təsdiqlənmədən keçmişdi, gələn həftə isə Poltava Regional Dövlət Adminstrasiyanın rəhbəri təyin edilməsi üçün görüşləri planlaşdırılırdı.
Ukraynanın hüquq-mühafizə orqanları Kremençuq şəhərinin meri Oleq Babayevin qətlə yetirilməsi ilə bağlı bir neçə versiyanı nəzərdən keçirirlər. Poltava vilayəti üzrə DİN İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Yuri Sulayev açıqlamasında qətlin peşəkar, sahibkarlıq fəaliyyəti və yaxud şəxsi zəmində törədilməsi kimi bir neçə ehtimalların mövcudluğunu bildirib.
Qeyd edək ki, "Batkivşina" partiyasından keçmiş deputat olan Oleq Babayevin 49 yaşı var idi. O, 21 oktyabr 1965-ci ildə Kursk şəhərində doğulub. Onun atası əslən Gəncə şəhərindən olub. 1990-cı ilin dekabrından Ukrayna vətəndaşı olub. Almaniyadan gətirilən avtomobillərin satışı, dəri emalı biznesi ilə məşğul olub. O.Babayev 2005-ci ildən “Vorskla”nın prezidenti idi. Komanda ötən mövsüm Ukrayna premyer-liqasını 8-ci yerdə başa vurmuşdu.
Babayev 26 iyulda səhər saat 10:00-da evinin qarşısında güllələnib. 3 güllə yarası alan mer yerindəcə keçinib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.