“
Ermənistanın
Tovuzla sərhəddə təxribatını Serbiya və Gürcüstanın birmənalı şəkildə pisləyəcəyini gözlədiyimiz halda, onların bu insidentdə bədnam qonşularımıza gizli şəkildə, dolayı yolla dəstək verməsi haqqında tutarlı faktlara söykənən məlumatlar hər bir soydaşımız kimi, məni də dərindən sarsıtdı”. Bu sözləri yap.org.az saytına müsahibəsində
Azərbaycan Respublikası
Milli Məclisinin deputatı Kamaləddin Qafarov demişdir.
Millət vəkili bildirmişdir ki, 12-14 iyul hadisələri ərəfəsində Gürcüstan üzərindən
Ermənistana “KamAZ” avtomobilləri ilə
Rusiyadan Serbiya istehsalı olan hərbi ləvazimatlar, o cümlədən minaatanlar və “Qrad” qurğuları üçün launçerlərin daşınması haqqında informasiyalar öz təsdiqini taparsa, bu fakt ölkələrimiz arasında ciddi siyasi polemikaya səbəb ola bilər.
Gürcüstan da, Serbiya da
Azərbaycanın dost, yaxın tərəfdaş hesab etdiyi ölkələrdir. Bu ölkələrin
Azərbaycana qarşı bu cür düşünülməmiş hərəkətə yol verməsi ciddi suallar doğurur.
Azərbaycan hələ iki ay öncə Serbiyaya koronavirus pandemiyası ilə mübarizə üçün humanitar yardım göndərmişdi. Baş nazir Ana Brnabiç bu yardımı
Azərbaycan-Serbiya dostluğunun təzahürü kimi dəyərləndirmiş, hətta
Azərbaycanın 2014-cü ilin daşqınından sonra Serbiyaya ilk yardım edən ölkə olduğunu da xüsusi vurğulamışdı. Digər tərəfdən,
Azərbaycan Kosovanın müstəqilliyini tanımır və Serbiyanın ərazi bütövlüyünə dəstəyini hər zaman tam şəkildə ifadə etmişdir.
Azərbaycan Serbiyanın yol infrastrukturuna həddən artıq əlverişli şərtlərlə 300 milyon dollardan çox investisya yatırmışdır.
Azərbaycan və Serbiya arasında strateji tərəfdaşlıq münasibətləri mövcuddur, bununla bağlı 2013-cü ildə iki ölkə arasında dövlət başçıları səviyyəsində dostluq və strateji tərəfdaşlığa dair bəyannamə və 2018-ci ildə strateji tərəfdaşlıq üzrə birgə fəaliyyət planı imzalanmışdır. Bu sənədlərdə Serbiya tərəfinin
Ermənistan -
Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri, o cümlədən
BMT Təhlükəsizlik Şurasının qətnamələri və
ATƏT-in qərarlarına uyğun olaraq
Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı əsasında həllinin tərəfdarı olduğu təsdiq olunub. Bütün bunların müqabilində Serbiyanın sözügedən davranışı çoxlu suallar doğurur.
K.Qafarov demişdir ki, Gürcüstanın da bu hərəkəti çox təəccüblü və anlaşılmazdır. Məlum olduğu kimi, bu ölkə xeyli müddət əvvəl öz ərazisindən
Ermənistana hərbi yüklərin daşınmasının qadağan edilməsinə dair qərar qəbul edib. Bəs Gürcüstan hökuməti
Ermənistana hərbi yüklərin daşınmasına icazə vermirsə, Serbiyadan göndərilən sursat üçün niyə bu məhdudiyyəti tətbiq etməyib? Gürcüstan hakimiyyətinin
Ermənistanla
Azərbaycan arasındakı son insidentə göstərdiyi mövqeyi çox təhlükəli və anlaşılmayandır. Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili hər zaman
Azərbaycanla strateji əməkdaşlığa önəm verirdi, etiraf edirdi ki,
Rusiya ilə 2008-ci ildəki müharibədən sonra
Azərbaycanın Gürcüstana iqtisadi dəstəyi olmasaydı, onun ölkəsi çökərdi. Gürcüstanın
Azərbaycana qarşı təxribatda iştirakı təsdiqlənərsə, o zaman bu məsələyə təkcə rəsmi
Bakı deyil, həmçinin Türkiyə və regionda həyata keçirilən enerji layihələrinin iştirakçısı olan dövlətlər də münasibət bildirməli, Gürcüstan iqtidarının məkrli siyasəti ifşa olunmalıdır.
Millət vəkili xüsusi vurğulamışdır ki, bu məsələnin ciddi və təmkinli şəkildə, dərindən araşdırılması vacibdir. Çünki təxribat ikiqat və hətta üçqat xarakter daşıya, məqsədyönlü şəkildə
Azərbaycan-Gürcüstan münasibətlərini gərginləşdirmək üçün həyata keçirilə bilər. Rəsmi Tbilisinin
Azərbaycan mediasında dərc olunmuş materiallara sərt reaksiya verməsi, “həm suçlu, həm güclü” fəlsəfəsi ilə hərəkətə cəhd etməsi bu qənaəti bir qədər də gücləndirir. Alınan xəbərlərə görə, bu ittihamlara cavab olaraq Tbilisiyə Gürcüstan ərazisində silah-sursat daşıyan maşın dəstəsinin fotoşəkilləri və digər tutarlı faktlar göndərilib.
K.Qafarov demişdir ki, Gürcüstandan fərqli olaraq Serbiya bu beynəlxalq qalmaqalı obyektiv şəkildə, diqqətlə araşdırmaq niyyətindədir və bu barədə
Azərbaycanını müvafiq qurumlarına məlumat verilib.
Millət vəkili sonda bildirmişdir ki, tərəflərə öz rəsmi mövqelərini bildirmək üçün kifayət qədər vaxt və imkan verilib. Serbiya və Gürcüstan
Azərbaycana qarşı münasibətdə səhvlərini etiraf edib, bu kimi halların bir daha təkrar olunmayacağına zəmanət verməzlərsə, o zaman bu ölkələrlə ikitərəfli münasibətlərə yenidən baxıla bilər.
pia.az