100 il sonra yenidən dünya müharibəsi ehtimalı

3-08-2014, 10:05   
100 il sonra yenidən dünya müharibəsi ehtimalıBu gün Çin və ABŞ liderlərinin qarşılaşdıqları təhlükə ilə 1914-cü il arasında oxşarlıqlar

“Belfer Center for Science and International Affairs”-ın direktoru Qrehem Ellison “The Atlantic”-ə yazdığı məqaləsində “bu gün Çin və ABŞ liderlərinin qarşılaşdıqları təhlükə ilə 1914-cü ildə qarşılaşdıqları təhlükələr arasında” 7 oxşar və 7 fərqli cəhəti qeyd edir.
Oxşar cəhətlər:
1. “Fukidid tələsi”: “böyük derjavanın hökmranlıq edən derjava ilə tez bir zamanda rəqabə girməsi zamanı yaranan struktur stresdir”.
Fukididin qeyd etdiyi kimi, Qədim Yunanıstanda Afinalıların getdikcə daha çox təkəbbürlü olması Spartanı qorxudurdu.
1914-cü ildə Böyük Britaniya həyəcanla Almaniyanın güclənməsini müşahidə edirdi. Almanları isə Rusiyanın dəmir yolu tikməsi narahat edirdi. Çünki dəmiryol vasitəsilə Almaniya və Avstriya-Macarıstan sərhədinə qoşun yeritmək olardı.
2014-cü ildə Çin regionda özünü aktiv, hətta aqressiv aparır ki, bu da qonşularını dəstək üçün ABŞ-a müraciət etməyə vadar edir.
2. “Total müharibənin” nəzəri cəhətdən qeyri-mümkünlüyü.
1914-cü ildə Norman Encellin kitabı bestseller oldu. Həmin kitabda deyilirdi ki, müharibə “böyük xülyadır”, çünki nominal qalib, çox güman, prinsipcə əldə edə biləcəyindən daha çox şey itirəcək.
“2014-cü ildə İkinci dünya mühraibəsindən sonra nüvə silahı və iqtisadi qlobalizasiya ilə möhkəmlənmiş, hökm sürən “uzunmüddətli sülh” böyük dövlətlər arasında irimiqyaslı müharibənin özünüqəsd kimi qiymətləndirəcək vəziyyət yaradıb”, - məqalədə deyilir.
3. Sıx qarşılıqlı asılılıq: iqtisadi, sosial və siyasi.
1914-cü ildə Böyük Britaniya və Almaniya bir-birinin əsas ticarət tərəfdaşı və xarici investorları idi.
2014-cü ildə eyni vəziyyət Çin və ABŞ arasında müşahidə edilir.
4. “Ərazi mübahisələrini qabardan millətçiliyin güclənməsi”.
1914-cü ildə serb millətçiləri Böyük Serbiya yaratmaq istəyir, Rusiya ilə Avstriya-Macarıstan isə Balkanlarda təsir uğrunda rəqabətə girmişdilər. Almanlar Almaniyanın genişlənməsini planlaşdırır, fransızlar isə Elzas və Lotaringiyanı qaytarmaq arzusunda idilər.
2014-cü ildə Çin Senkaku adasına iddialıdır, bu da çinlilər və qonşu ölkələr arasında millətçiliyi qızışdırır.
5. “Planlaşdırma və alıcılıq məqsədilə əsas düşməndə diqqəti cəmləmiş güclü hərbi isteblişmentlər”.
1914-cü ildə Britaniya və Almaniya qoşunları bir-birini təhlükə, Almaniya və Rusiya qoşunları isə bir-birini əsas rəqib hesab edirdi.
“Bu gün ABŞ-ın müdafiə nazirliyi “rayona girişə müqavimətə təhlükə” adlandırdığı plan hazırlayır. Bu Çin üçün pis maskalanmış evfemizmdir. Çin isə Tayvanda ABŞ HDQ-ni sıxışdırmağı planlaşdırır.
6. "Uzanan alyanslar".
1914-cü ildə qarışıq öhdəliklər şəbəkəsi böyük dövlətlər arasında müharibə eskalasiyası təhlükəsi yaratdı.
“2014-cü ildə ABŞ-ın Şərqi Asiyada müttəfiqləri çoxdur, Çinin isə azdır”, - müəllif yazır. Amerika-Yaponiya sazişi ABŞ-ın üzərinə Yaponiyaya olunan istənilən hücumu ABŞ-a olan hücum kimi baxmaq öhdəliyi qoyur.
7. “Bir dəfəyə öz gücünü və nüfuzunu tamamilə artırmaq istəyi”.
1914-cü ildə “Frans-İosif Serbiyanı panslavizmin mərkəzi hesab edirdi və düşünürdü ki, Serbiyanı dağıtmaqla bu təhlükəni neytrallaşdırmaq olar. Varisi Frans Ferdinandın öldürülməsi buna imkan yaratdı”, - məqalədə deyilir.
2014-cü ildə baş nazir Sindzo Abe Yaponiyanın dünyadakı təsirini bərpa etmək istəyir. “Bura konstitusiyaya dəyişikliklər etmək və Yaponiya silahlı qüvvələrinin genişlənməsi daxildir. Abe səbəb kimi açıq şəkildə “Çin təhlükəsini” göstərir”, - müəllif qeyd edir.
Ciddi fərqlər də var:
1. Sivilizasiyaların toqquşması.
1914-cü ildə Avropa sivilizasiyanın mərkəzi, liderləri isə, belə demək olarsa, yer üzünün sahibləri idi.
2014-cü ildə Pekin və Vaşinqton dəyərləri arasında böyük fərqlər var, müəllif iddia edir.
2. Hakimiyyət hegemonluğunun maliyyə əsasları.
1914-cü ildə Böyük Britaniyanın dünyanın ən böyük kreditoru idi.
2014-cü ildə ABŞ dünyada ən çox borcu olan ölkədir, bununla yanaşı, çin məhsullarının ən böyük bazarıdır. Çin isə borc verən ölkədir və ABŞ istehlakı üçün məhsul istehsal edən ən böyük ölkədir. Onların münasibəti “qarşılıqlı zəmanətli iqtisadiyyatların məhvi” adlanır.
3. Coğrafi mövqe.
1914-cü ildə rəqib Avropa ölkələrinin ümumi quru sərhədləri var idi. Bu da böhranlı anlarda qərarların qəbul edilməsini sürətləndirirdi.
2014-cü ildə vəziyyət fərqlidir. ABŞ və Çin arasında böyük bir okean var. Düzdür, ABŞ-ın Çin yaxınlığındakı dənizlərdə hərbçiləri var, kosmosda və kiber məkanda isə ümumiyyətlə sərhəd anlayışı yoxdur.
4. Kütləvi qırğın silahları.
“1914-cü ildə panavropa müharibəsinin dağıdıcı olması və Avropa liderlərinin min illik hökmranlığına son qoya bilmə ideyası qeyri-mümkün görünürdü”, - müəllif yazır.
2014-cü ildə liderlər açıq-aydın dərk edirlər: məsələ nüvə silahına gedib çıxsa, onların ölkələri ümumiyyətlə dünya xəritəsindən silinə bilər.
5. Silahlı qüvvələrin nisbəti.
1914-cü ildə Avropada nisbət qərarlaşmamışdı: ən yaxşı donanma Böyük Britaniyada, ən yaxşı ordu Almaniyada idi. Rusiya və Fransanın da kifayət qədər güclü qoşunu var idi.
2014-cü ildə ABŞ-ın tayı-bərabəri yoxdur.
6. Texnologiya və şəffaflıq.
“1914-cü ildə Rusiya və Fransa Almaniyanın gizlicə mobilizasiya həyata keçirəcəyindən ehtiyatlanırdılar”, - müəllif yazır. Həmçinin səfirlər və nazirlər vasitəsilə ünsiyyət qurmaqda düzgün anlamamaq riski var idi.
2014-cü ildə liderlərin kəşfiyyat materialları daha çox və onların keyfiyyəti daha yaxşıdır. Bundan başqa, onlar birbaşa telefon və video əlaqə vasitəsilə danışa bilərlər.
7. Dünyada siyasi əlaqələrin strukturu.
1914-cü ildə qlobal siyasi həyat çoxqütblü idi.
2014-cü ildə ABŞ yeganə fövqəl-dövlətdir. Dünya ikiqütblüdür, müəllif yazır.
“ABŞ və Çin arasında yaxın on ildə müharibə ehtimalı analogiya aparmamışdan öncə fikirləşdiyimdən daha çoxdur, ancaq elə də böyük deyil”, - müəllif məqaləsini belə sonlandırır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.