Özünü yandıran Qarabağ döyüşçüsünün fəryadı: “İstəmirəm ki, kiməsə zülm verim” – VİDEO

12-09-2020, 11:54   




Bərdə sakini İlham Nəsibov özünə qəsd edib.
 Anaxeber.info BAKU.TV-yə istinadən xəbər verir ki, səhhətində ciddi problemlər olan İ.Nəsibov Qarabağ müharibəsində iştirak edib. Ağrılara və ayağındakı diabetik qanqrenaya dözə bilməyən 63 yaşlı vətəndaş özünü yandırmaq qərarına gəlib.
Bərdə Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Nizami Mehdizadə bildirib ki, İ.Nəsibov avqustun 27-dən xəstəxananın cərrahiyyə şöbəsində müalicə alır:
“Özünün dediyinə görə, nə ev-eşiyi, nə də qalmağa yeri var. Xəstəliyi ayağındakı diabetik qanqrena ilə bağlıdır. Bu gün onun ayağındakı diabetik qanqrenadan kəskin qoxunun gəlməsi 63 yaşlı xəstəni intihara sövq edib”.
İ.Nəsibov özünə qəsdin səbəbini belə izah edib:
“Burada məndən beziblər. Digər xəstələr gəlib deyir ki, ayağından iy gəlir. İstəmirəm kimsə mənim əziyyətimi çəksin, istəmirəm kiməsə zülm verim”.
Həkimlərin köməyi ilə o, yenidən xəstəxanaya gətirilib.
İ.Nəsibova müalicə təyin olunub və bu istiqamətdə profilaktik işlər davam edir. Xəstənin ayaqlarında yanıq xəsarətləri var. Hazırda özünü yaxşı hiss edir.



Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.