Koronavirusa yoluxma sürətlə artmağa davam edərsə... - ÜST-dən XƏBƏRDARLIQ

11-11-2020, 10:41   


Koronavirusa yoluxma sürətlə artmağa davam edərsə... - ÜST-dən XƏBƏRDARLIQ
Hazırda Azərbaycanda səhiyyə sistemi pandemiya ilə mübarizənin öhdəsindən gəlir, lakin rəqəmlər bu sürətlə artmağa davam edərsə, çətin vəziyyətlə üzləşə bilərik.
Publika.az xəbər verir ki, bunu Trend-ə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.
Onun sözlərinə görə, Azərbaycandakı hazırkı yoluxma göstəricisinin ölkə əhalisinin sayına görə yüksək olub-olmadığını müəyyənləşdirmək üçün yoluxma hallarının sayında artımın davamlılığı müəyyən müddət müşahidə edilməli və bununla bağlı dəqiq hesablamalar aparılmalıdır.
H.Harmancı əlavə edib ki, ölkə əhalisinin sayına görə yoluxma və ölüm halları hazırda Gürcüstan, Qazaxıstan və İsrail kimi ölkələrlə müqayisədə daha azdır.
ÜST rəsmisi qeyd edib ki, bir xəstəliyin ölkəyə mənfi təsir dərəcəsi virusdan və səhiyyə sisteminin artan tələbatı hansı dərəcədə ödəməsindən asılıdır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.