Nigeriya əsgərləri 2 “Boko Haram” üzvünün boğazını kəsib.
Axar.az xəbər verir ki, bu iki terrorçunun başının kəsildiyini göstərən video Beynəlxalq Əfv Təşkilatı tərəfindən yayımlanıb.
Əfv Təşkilatının yayımladığı videoda nigeriyalı əsgərlərin Borno əyalətində ələ keçirdikləri “Boko Haram” üzvlərinə öz məzarlarını qazdırdıqdan sonra döyüş bıçağı ilə onların boğazlarını kəsərək çuxurun içinə atdıqları görünür. Əsgərlər törətdikləri dəhşəti əsir götürülən digər “Boko Haram” üzvlərinə də məcburən izlədiblər.
Xatırladaq ki, Nigeriyada “Boko Haram” təşkilatına qarşı mübarizə aparan əsgərlərin “terrorizmlə mübarizə” adı altında həyata keçirdikləri terror Beynəlxalq Əfv Təşkilatı tərəfindən sənədləşdirilib.