Sərhəd 70 km dəyişir: “Bizi sakitləşdirirlər, sazişin mürəkkəbi qurumamış rusiyalılar gəldilər ki...” - Erməni mer

25-11-2020, 12:21   


Sərhəd 70 km dəyişir: “Bizi sakitləşdirirlər, sazişin mürəkkəbi qurumamış rusiyalılar gəldilər ki...” - Erməni mer

“Sünik sərhədinin uzunluğu 60-70 km dəyişəcək. Çünki sərhədyanı Zəngilan artıq Azərbaycanın nəzarətindədir".
Cebhe.info xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan "Qraparak" nəşri yazıb.
Qəzet bildirib ki, Meğrinin bir tərəfində İran, digər tərəfində isə Naxçıvanla 70 kilometrlik sərhəd var.
"Onu indiyə qədər Meğri alayı qoruyurdu, indi isə isə Qarabağ tərəfdən də 70 km yaranıb",- deyə Megrinin meri Mxitar Zəkəryan deyib.
İran-Ermənistan sərhədini indi də Rusiya sərhədçiləri qoruyur.
"10 noyabrda üçtərəfli saziş imzalananda bəndlərdən biri də Naxçıvanı Azərbaycanın qərb rayonları ilə birləşdirən yolun tikintisi idi. Bəziləri bizi sakitləşdirməyə çalşırdılar ki, yolun tikintisi illərlə davam edəcək. Ancaq belə deyilmiş. Sazişin mürəkkəbi qurumamış iş başlayıb. Rusiyanın Cənubi Qafqaz Dəmir Yollarının əməkdaşları rusiyalı sərhədçilərlə artıq Meğriyə gəlib və şəraiti öyrənib. Deyiblər ki, bu, perspektivdəki məsələdir, hələ heç nə dəqiq deyil. Ancaq söhbət dəmir yolundan gedir. baxıb getdilər",-deyə qəzet merdən sitat gətirib.
Xəzər
Cebhe.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.