Jurnalist nazirin telefonunu oğurladı

11-08-2014, 13:46   
Jurnalist nazirin telefonunu oğurladıMərakeşdən olan qadın jurnalist Bəhreynin mədəniyyət naziri Mai bint Məhəmməd əl-Xəlifənin mobil telefonunu oğurlayıb.

Virtualaz.org xarici KİV-lərə istinadən xəbər verir ki, insident nazirin KİV nümayəndələri ilə görüşü zamanı baş verib. Mərakeşin Tanjer şəhərində jurnalistlərlə görüşəndən sonra telefonunun yoxa çıxdığını görən nazir bu barədə polisə məlumat verib. Polis görüşün keçirildiyi zaldakı videomüşahidə kameralarının yaddaşına baxış zamanı müəyyən edib ki, nazirin telefonu masanın üzərində olub və jurnalistlərdən biri onu çantasına qoyub. Həmin jurnalist daha sonra evində həbs olunub və dindirilmək üçün polisə aparılıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.