Rusiyada bankomat oğurlanıb.
ANS PRESS-in məlumatına görə, oğurluq hadisəsi paytaxt Moskvada qeydə alnıb.
İlkin məlumata görə, oğurluğu törədən azərbaycanlı olub. Adı açıqlanmayan şəxs kommersiya banklarından birinin bankomatını aparıb.
Cinayət işinin üstü isti izlərlə açılıb.
Bu barədə bank müdiri polisə müraciət edib. Onun sözlərinə görə, bankın Böyük Filevski küçəsindəki filianın qarşısındakı bankomat yoxa çıxıb.
Bankomatda 3 milyon rubl pul olub. Polis hadisəni törədəni 10 dəqiqəyə tapıb. Belə ki, Matveeyev küçəsində "VAZ 2112" markalı maşın saxlanılıb. Azərbaycanlı şəxsin idarə etdiyi maşının arxa oturacağında bankomat olub.