Universitetdən qovulan tələbə özünü öldürdü

11-08-2014, 14:35   
Universitetdən qovulan tələbə özünü öldürdü22 yaşlı oğlan məktub yazıb və anasının yanına getdiyini qeyd edib

Ağstafa rayon sakini özünü kəndirlə asaraq intihar edib. Ağstafa Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun mərkəzində - Səməd Vurğun küçəsində baş verib. Rayon sakini, 1992-ci il təvəllüdlü Nicat Həsənov yaşadığı evdə özünü asaraq intihar edib.

Məlumata görə, N. Həsənov Rusiyada tibb universitetində oxuyurmuş. Oradan xaric olunduqdan sonra rayonda babası ilə yaşayırmış. N. Həsənov ölümündən əvvəl atasına məktub da yazıb. Nicat məktubunda ondan adam olmayacağını, anasının yanına getdiyini, anasının onu qoruyacağını yazıb. Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda araşdırma gedir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.