“İNTERFAX.RU” - nun yaydığı xəbərdə deyilir ki, 4 nəfər naməlun şəxs Azərbaycandan Moskvaya gəlmiş bir nəfərə hücum edib.
Moskva milisindən agentliyə bildiriblər ki, 31 yaşlı azərbaycanlı insidentlə bağlı milis idarəsinə ərizə ilə müraciət edib. Bakıdan gələn şəxs bildirib ki, o, “Mercedes” markalı maşını ilə Çaqinskaya küçəsi ilə gedirmiş. Saat 16:00 radələrində o, işıqforun qırmızı rəngi yandığına görə maşını saxlamalı olub. Bu zaman arxada dayanan “Nissan”dan dörd nəfər düşərək onun maşınına hücum edib. Onların əlində armatur olub və maşının şüşəsini sındıraraq onu ölümlə təhdid ediblər. Hücum edənlərin tapançadan da istifadə etdiyi ehtimal olunur. Onlar maşında olan 9 milyon rublu götürərək aradan çıxıblar. Faktla bağlı cinayət işi açılıb.