Polis rəisinin oğlu sərxoş halda adam öldürdü

18-08-2014, 16:41   
Polis rəisinin oğlu sərxoş halda adam öldürdüAvqustun 16-sı gecə radələrində DİN Baş Mühafizə İdarəsinin Şabran bölməsinin əməkdaşı polis serjantı Vahab Əlibəy oğlu Eynalov içkili vəziyyətdə yol qəzası törədib.

Axar.az-ın yerli mənbədən əldə etdiyi məlumata görə, hadisə nəticəsində bir nəfər ölüb, biri yaralanıb. Ölən şəxs rayonun Sincanboyad kənd sakinidir.

Məlumatda deyilir ki, polis əməkdaşı artıq həbs edilərək istintaqa təhvil verilib. Onun Şabran Rayon İcra Hakimiyyətində mühafizə polisi işlədiyi qeyd edilir.

Onun artıq işindən azad edildiyi qeyd olunur…

Polis serjantının atası Əlibəy Eynalov uzun müddət polis rəisi vəzifəsində çalışıb, hazırda isə Nəqliyyatda Polis Baş İdarəsinin Xudat dəmiryol stansiyasında polis rəisidir.

Baş Prokurorluğun mətbuat xidmətindən faktı təqdiqləyərək bildirdilər ki, hazırda araşdırma aparılır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.