Ələtdə kütləvi dava: üç sərhədçi kursant qovuldu

21-08-2014, 10:04   
Ələtdə kütləvi dava: üç sərhədçi kursant qovulduƏlət qəsəbəsində kütləvi dava olub


Axar.az-ın məlumatına görə, bir həftə əvvəl Dövlət Sərhəd Xidmətinin (DSX) sərhəd qoşunlarının 4-cü kurs tələbələri Ələt qəsəbəsində təlimə göndəriliblər.

Təlim keçirilən yerdə sərhədçi kursantlarla yeməkxana işçiləri arasında söyüş üstündə mübahisə düşüb və kütləvi dava olub.

Xəbərdə deyilir ki, yeməkxananın şüşələri sındırılıb, hadisə yerinə polis çağırılıb, daha sonra prokurorluğa məlumat verilib.

Mənbə deyir ki, hərbi hissə komandirinin əmri ilə kütləvi davada yalnız 3 kursanta üç günlük inzibati həbs cəzası verilib. Onlar həbsdən çıxandan sonra sərhəd qoşunları sıralarından azad olunublar. Həmin kursantların adları açıqlanmır.

Məsələ ilə bağlı açıqlama aldığımız Qaradağ Rayon Polis İdarəsindən faktı təsdiqlədilər. Lakin bununla bağlı məlumat verə bilməyəcəklərini bildirdilər.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.