Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Qadın sahibkar icra başçısından Mehriban Əliyevaya şikayət etdi

8-09-2014, 13:01   
Qadın sahibkar icra başçısından Mehriban Əliyevaya şikayət etdi"Tamahkar icra başçısı mənim kiçik bərbərxanamı dağıtdırıb. İldən çoxdur ki ,bizim ailəni işsiz ,çörəksiz qoyub.Bunu Allah da götürməz"

Şəmkir rayonun Həzi Aslanov küçəsi ev 82 ünvanında məskunlaşan Əmiri Alanaq Seyranə Oruc qızı icra başçısının ona məxsus olan qadın bərbəxanasını şəxsi maraqları naminəd ağıtdığını deyir. Şikayətçi Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevadan icra başçısı haqqında tədbir görməyi xahiş edib:

“Mənə məxsus rayonun Cahangir Rüstəmov küçəsi ərazisində yerləşən 49 kvadrat metr ölçüsü olan qadın bərbərxanasını icra başçısı Nazim Veyisov qanunsuz olaraq dağıdıb. Abadlıq işı altında aparılan bu talançılığın məqsədi ancaq o olub ki, həmin ərazidə olan marketin sahəsi böyüdülsün ki, bu da başçının özünə məxsusdur. Mənə başqa yerdən torpaq sahəsi versələr də ancaq dağıdılmış bərbərxananın burada tikilməsinə kömək edilmir. Ancaq bərbərxana sökülməmişdən əvvəl belə razılaşdırılmışdır.

Mən icra başçısı Nazim Veysovun qəbulunda olanda məni kobud söyüşlərlə söyüb təhqir elədi. Dedi ki, hara istəyirsən şikayət et, onsuz da şikayətlər icra olunması üçün bura gələcək, mən də sənə bərbərxana tikən deyiləm. İcra başçısı Nazim Veysovun başı talançılıqla kapital toplamağa qarışdığından yadına rayonun sakinlərinin probleminin həlli düşmür. Rayonda icra başçısına şəxsən məxsus çoxlu sayda ticarət obyektləri , istehsal mərkəzləri var. Nazim Veysov icra başçısı yox, komersant kimi qabaqcıldır. Bütün bunlara baxmayaraq tamahkar icra başçısı mənim kiçik bərbərxanamı dağıtdırıb. İldən çoxdur ki ,bizim ailəni işsiz ,çörəksiz qoyub.Bunu Allah da götürməz. Mən Mehriban xanım Əliyevaya mətbuat vasitəsi ilə müraciət edirəm.
Hörmətli Mehriban xanım! Sizdən xahiş edirəm mənim qanunu əmlakımı dağıtdıran icra başçsı Nazim Veysov barədə tədbir görülməsinə tapşırıq verəsiniz, kömək edəsiniz ki, mənim qadın bərbər xanamı tikib özümə versin”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar