Jirinovskidən şok: ”Oktyabrın 26-da Kiyev ələ keçiriləcək”

8-09-2014, 13:49   
Jirinovskidən şok: ”Oktyabrın 26-da Kiyev ələ keçiriləcək”Rusiya Liberal Demokrat Partiyasının qalmaqallı sədri Vladimir Jirinovski növbəti dəfə sensasiyalı xəbərlə çıxış edərək, Kiyev şəhərinin oktyabrın 26-da separatçılar tərəfindən ələ keçiriləcəyini bildirib. Sözügedən partiyanın rəsmi saytına istinadən axar.az-ın verdiyi xəbərə görə, partiya sədri bunu olduqca real sayıb.
Jirinovski bildirib ki, Ukrayna Prezidenti Pyotr Poroşenkonun əsas hədəfi qarşıdan gələn parlament seçkilərində mütləq qələbə çalmaqdır: “Poroşenko çalışır ki, qarşıdan gələn parlament seçkilərində qələbə əldə etsin və partiyası Ali Radada daha çox deputat mandatı ilə təmsil olunsun. Onun diqqətinə 90-ci illərdə Yeltsinin də belə bir istəyinin olduğunu çatdırmaq istərdim. Həmin vaxt bu ideyanın necə alt-üst olduğunu hamı gördü. Odur ki, Ukrayna prezidenti avantüraya əl atmasın. Digər tərəfdən, hansı seçkilərdən söhbət gedir? Olmayacaq belə bir proses! Oktyabrın 26-a qədər DXR və LXR-nın döyüşçüləri Kiyevi ələ keçirəcəklər. Bundan sonra da Poroşenko və onun nazirləri, habelə əksər partiya liderləri məhkəmə qarşısında cavab verməli olacaqlar. Baxın, hər keçən gün Ukraynada iqtisadi böhran daha da dərinləşir, əsgər ölümü və digər neqativ hallar hazırkı iqtidarın arzusunu alt-üst edəcək. Poroşenkonun komandası məğlubiyyətə məhkumdur”
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.