Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

SON DƏQİQƏ! Kremldən ŞOK İTTİHAM - Rusiya İngiltərəni nədə günahlandırır?

1-11-2022, 16:24   


Kreml “Şimal axını 1” və “Şimal axını 2” boru kəmərlərində baş verən hücumlarda İngiltərənin əli olduğu iddiasını təkrarlayıb

Musavat.com xəbər verir ki, Rusiya hücumları Böyük Britaniyanın koordinasiya etdiyini bildirir.

Həmçinin bildirilib ki, kəmərlərin təmiri ilə bağlı hələ qərar qəbul edilməyib.

HÜCUMUN ARXASINDA KİM DAYANIR?

Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyi 2 gün əvvəl verdiyi açıqlamada da boru xəttinə hücumların Britaniya donanmasının personalı tərəfindən həyata keçirildiyini iddia edib.

Rusiya MN sözçüsü Mariya Zaxarova Rusiyanın bu hadisəni Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının gündəminə gətirəcəyini bəyan edib: "Qara dəniz və Baltik dənizində Rusiya Federasiyasına qarşı silsilə terror hücumlarına və bu hadisədə İngiltərənin əli olduğuna diqqət çəkmək istəyirik".

İNGİLTƏRƏDƏN RUSİYAYA CAVAB

Böyük Britaniya Müdafiə Nazirliyi Rusiyanın bu iddiasından sonra bəyanat yayaraq bildirib ki, Moskva Ukraynanın qeyri-qanuni işğalına müdaxilənin qarşısını almağa çalışır:

"Rusiya Müdafiə Nazirliyi yalan iddialar irəli sürür. Bu uydurma hekayə Qərbdən daha çox Rusiya hökuməti daxilində davam edən gərginlikdən xəbər verir".

Nigar Cəfərli,
Musavat.com

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar