İtaliya təmsilçisi “Milan”ın sabiq baş məşqçisi Stefano Pioli Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunu çalışdıracaq.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, 58 yaşlı mütəxəssisin yeni klubu ilə 3 illik müqavilə bağlaması gözlənilir.
Qeyd edək ki 2019-cu ildən "Milan"a rəhbərlik edən S.Pioli 2 ay əvvəl istefa verib.