Jurnalist Arifə Əliyeva parlament seçkilərinə qatılır

18-07-2024, 13:49   





Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində daha bir jurnalist iştirak edəcək.


AFN.az xəbər verir ki, Reportyor.info saytının baş redaktoru Arifə Əliyeva namizədliyini 49 saylı Abşeron ikinci seçki dairəsindən verəcək. Bu barədə A.Əliyeva özü məlumat verib: “Ümid Partiyasının siyahısından seçkilərə qatılmışam. Artıq müvafiq prosedurların həyata keçirilməsinə başlanıb, sənədlər toplanır, yaxın günlərdə imzatoplama kampaniyasına başlanacaq”.

A.Əliyeva birinci təhsilini Azərbaycan Dillər Universitetində filologiya üzrə alıb. Hazırda Azərbaycan Dövlət İqtisad Universitetində Dövlət və bələdiyyə idarəetməsi fakültəsində ikinci təhsilini alır.


Qeyd edək ki, 49 saylı Abşeron ikinci seçki dairəsində YAP-ın namizədi Faiq Xuduyevdir.




Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.