Blinkenin köməkçisi yenidən Azərbaycana gəlir

28-06-2024, 08:43   



Onun sülh və insan haqları barədə müzakirələr aparacağı gözlənilir

İyunun 27-də ABŞ Avropa və Avrasiya üzrə baş diplomatını ikitərəfli münasibətlərin möhkəmləndirilməsini müzakirə etmək və Vaşinqtonun sülh prosesinə sadiqliyini vurğulamaq üçün Azərbaycana göndərəcək.

“Turan”ın yazdığına görə, ABŞ Dövlət katibinin köməkçisi Ceyms O’Brayn 27-29 iyun tarixlərində Azərbaycana və Xorvatiyaya səfər edəcək:

O’Brayn Bakıda ABŞ-Azərbaycan ikitərəfli münasibətlərində irəliləyiş və ABŞ-ın Ermənistan və Azərbaycan arasında sülh sazişinə dəstəyini vurğulamaq üçün Azərbaycanın yüksək vəzifəli hökumət rəsmiləri, o cümlədən, Azərbaycan Prezidenti İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək”.

Diplomatın həmçinin Azərbaycanın insan hüquqları üzrə beynəlxalq öhdəliklərinə sadiq qalmasının vacibliyini bir daha bəyan etmək üçün vətəndaş cəmiyyəti üzvləri ilə görüşəcəyi bildirilir.

Qeyd olunur ki, O’Brayn bu yaxınlarda Yerevanla strateji dialoqa rəhbərlik edib və ölkə liderləri, vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşüb.

O’Braynın Bakıya getməzdən əvvəl Nümayəndələr Palatasının Xarici Əlaqələr Alt Komitəsində Dövlət büdcəsi sorğusu qarşısında çıxış edəcəyi, orada administrasiyanın Cənubi Qafqazda, xüsusən də Gürcüstanla, Ermənistanla bağlı bəzi səylərini ortaya qoyacağı, eləcədə Bakı və Yerevan arasında sülh prosesi barədə danışacağı gözlənilir”, – deyə əlavə edilib.

O’Brayn 2023-cü ilin dekabrın 6-da Bakıda olmuşdu.

Amerikalı diplomat Prezident İlham Əliyevlə görüşü barədə “X” (Twitter) səhifəsində yazmışdı ki, ABŞ-Azərbaycan münasibətlərinin gələcəyini müzakirə etmək üçün İlham Əliyevlə ilk dəfə konstruktiv söhbət aparıb:

Bu görüş regionda davamlı, ləyaqətli sülhün bərqərar olması üçün tarixi imkanlar açacaq”.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.