Liberiyada Ebola virusuna yoluxanların sayı artmaqdadır
Liberiya prezidenti Ellen Conson Serlif ölkədəki vəziyyətlə bağlı narahatlığını çatdırıb.
ANS PRESS-in məlumatına görə, Ebola virusundan əziyyət çəkən ölkələrdən biri olan Liberiyada vəziyyət acınacqlı olaraq qalır. Ölkə prezidenti Ellen Conson Serlif beynəlxalq ictimaiyyətdən bu məsələyə diqqəti artırmağı, eləcə də virusla mübarizədə kömək etməyə çağırıb.
“ABŞ-lı müttəfiqlərimiz başa düşürlər ki, biz tək bu məsələnin öhdəsindən gələ bilməyəcəyik. Ümid edirəm, ABŞ-ın diqqəti dünya ölkələrini, beynəlxalq təşkilatları da hərəkətə gətirəcək” – deyə Serlif bildirib.
ABŞ prezidenti Barak Obama ötən gün çıxışında Ebolanı “qlobal təhlükə mənbəyi” olaraq xaraketrizə etmişdi. Bundan başqa, o, bölgədə virusun qarşısının alınması üçün müvafiq tədbirlərin həyata keçirilməsi haqqında da tapşırıqlar verib.
Qeyd edək ki, indiyə qədər Liberiyada 280 nəfərdən çox insan ölümcül virusun qurbanı olub. Ümumilikdə isə, Qərbi Afrikada bu virusdan ölənlərin sayı 1000-ə çatıb. Ebola virusu, Liberiya ilə yanaşı, Sierra Leone, Niegriya və Qvineyada geniş yayılıb.