5,2 bal gücündə zəlzələ baş verib
Yaponiyanın cənub bölgəsində maqnitudası 5,2 bal olan zəlzələ baş verib.
ANS PRESS-in məlumatına görə, Yaponiya Milli Meteorologiya İdarəsi yaydığı açılamada yeraltı təkanların episentrinin Miyakodzima adası yaxınlığında, 50 km dərinlikdə yerləşdiyi bildirilir.
Zəlzələni Okinavanın cənub prefekturasına daxil olan bir sıra adalarda yaşayan sakinlər də hiss edib. Lakin sunami təhlükəsinin olmadığı vurğulanıb.
Dağıntılar və xəsarət alanlar barədə məlumat yoxdur.
Qeyd edək ki, ötən gün isə Yaponiyanın paytaxtı Tokio yaxınlığında 5,6 bal gücündə zəlzələ meydana gəlmişdi.