Nyu-Yorkun "Times meydanı" və şəhərin mərkəzi nöqtələrindəki təhlükəsizlik tədbirləri artırılıb
Özünü İraq və Şam İslam Dövləti (İŞİD) kimi təqdim edən terror təşkilatının hədələri ABŞ-ı qorxuya salıb.
ANS PRESS-in məlumatına görə, xüsusilə Nyu-Yorkun "Times Meydanı" və şəhərin mərkəzi nöqtələrindəki təhlükəsizlik tədbirləri artırılıb.
İŞİD-in hədələrindən sonra ABŞ-da təhlükəsizlik qüvvələri gücləndirilmiş iş rejiminə keçib. İnsanların çox olduğu ərazilərə xüsusi hazırlanmış işçilər cəlb edilib. Eyni zamanda, xüsusi təlim keçmiş itlər şəhərə paylanıb.
Təlimdən keçmiş polis itləri isə metro vaqonlarında, platformalardaki zibil qutularında bomba axtarır. Stansiya girişlərində də cihazlarla axtarışlar aparılır.
Polis əməkdaşları fövqəladə təhlükəsizlik tədbirləri barədə xüsusilə turistik bölgələrdə və nəqliyyatın sıx olduğu ərazilərdəki insanlara məlumat verib