Şimali İraq Kürd Müxtariyyətinin rəhbəri Məsut Bərzaninin yezidi, şiə və xristian kürdlərinin nümayəndələri ilə Duhokda mətbuata qapalı görüş keçirib.
Axar.az xəbər verir ki, görüşdə iştirak edən Laləş Ziyalılar Mərkəzinin üzvü Şeyx Əlo Məsud Bərzaninin daha çox yezidi kürdlərindən danışdığını deyib:
“Uğradığımız fəlakət bütün kürd millətinə aiddir. Şenqal və başqa yerlərdə öldürülən bütün kürdlər mənim qardaşlarımdır. İŞİD-lə döyüşdə indiyə qədər 1200 döyüşçü itirmişik. 100 min döyüşçü itirsək də, Şenqalı xilas edəcəyik”.
Qeyd edək ki, İŞİD-in İraqda törətdiyi vəhşiliklər zamanı ən çox itkini Şenqal bölgəsində yaşayan kürdlər verib.