Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

“Araz” marketdə 25 min manat udan qadını necə aldadıblar? - ŞOK İDDİA

5-05-2023, 21:47   


"Deməli Bakıda bir qadın Araz marketdən "Azərlotereya"nın Poz-Qazan mərc oyunundan 1 manata lotoreya alır. 25 min manat udur və satıcıya göstərir. Satıcı kuponu ondan alır, təbrik edir. Lakin qadın uşağı ilə bu sevinci bölüşdüyü zaman, satıcı kuponu udulmamış kuponlardan biri ilə dəyişdirir. Baş verənlər nəzarət kameralarına düşür".

Yenisabah.az xəbər verir ki, bunu jurnalist Həbib Müntəzir paylaşıb.

Onun sözlərinə görə satıcı qadına bildirib ki, səhv görmüsünüz, əslində udulmamış kupondur:

"Nə isə, mübahisə yaranır, vətəndaş polisə müraciət edir. 32-ci polis bölməsinin əməkdaşları satıcını saxlayırlar. Amma 3 saatdan sonra buraxırlar. Qadın şikayətçi olsa da, nəzarət kameralarına baxılmasını tələb etsə də onu dinləyən olmur.

1 aydan sonra qadına xəbər verirlər ki, istintaq tamamlandı, kamera görüntülərində heç bir şey yoxdur, satıcı günahsızdır, kupon isə udulmamışdır.

Bir sözlə 25 min manat satıcı və polis arasında bölünür, haqsız olan yenə sadə vətəndaş olur".

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar