Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Ermənistan onları bölgəyə gətirməyə hazırlaşır, Zəngəzurda... - SENSASİYA

11-09-2023, 22:11   



“Azərbaycanla şərti sərhədlərə Ermənistan tərəfdən hərbi kolonların hərəkəti yaxşı heç nə vəd etmir”.

Anaxeber.info Caliber.az saytına istinadən xəbər verir ki, bu barədə gürcü diplomatı, GSAC (Georgian Strategic Analysis Center) İdarə Heyətinin üzvü, Gürcüstan xarici işlər nazirinin keçmiş müavini, GUAM-ın eks baş katibi Valeri Çeçelaşvili danışıb.

Çeçelaşvilinin sözlərinə görə, Azərbaycan-Ermənistan danışıqları Vaşinqtonun kurasiyasına keçdikdən və Brüsseldəki sammit görüşlərindən sonra tezliklə sülh müqaviləsinin imzalanacağına az qala əmin olub, lakin indi hər şey ciddi şəkildə dalana dirənib.

“PolitRus” informasiya-analitik portalının rəhbəri Vitali Arkov isə hazırkı gərginliyi Ermənistanın yaratdığını, Azərbaycanın isə proporsional cavab verməklə və erməni revanşistlərinin qızğınlığını soyutmaqla təxribatların qarşısını almağa çalışdığını söyləyib. Onun sözlərinə görə, indi Bakı üçün əsas məsələ vəziyyətə nəzarətin itirilməməsidir.

Arkovun fikrincə, Ermənistan vəziyyətin pisləşməsindən istifadə edərək fransız qüvvələri bölgəyə cəlb edə bilər.

“Sülhməramlılar adı altında Sünikdə (Zəngəzurda - red.) hansısa fransız konsulluq-diplomatik missiyasının peyda olacağını istisna etmirəm. Bu da fransız hərbçilərinin orada məskunlaşacağı anlamına gəlir. Yaxud indi biz bunun üçün zəmin hazırlandığını, həmin planın həyata keçirilməsi üçün ilkin şərtlərin yetişdirildiyini görürük. Düşünürəm ki, hər şey ona doğru gedir”, - deyə Arkov bildirib.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar