Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Rayonlarda şimşək çaxıb, leysan yağıb, külək güclənib - FAKTİKİ HAVA

17-09-2023, 22:34   


Saat 21:00-a olan məlumatına əsasən Quba, Qusar, Şəki, Xaltan, Şahdağ, Sabirabad, Göyçay, Zərdab, Cəfərxan, Qəbələ, Oğuz, Altıağac, Şabran, Daşkəsən, Bakıda şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Külək: Şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 20-25 m/s, Neftçalada 20 m/s-dək güclənib.

Havanın temperaturu: Bakıda və Abşeron yarımadasında 20-23° isti, aran rayonlarında 23-26° isti, dağlıq rayonlarda 7-12° isti qeydə alınıb.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar