Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Bu taksi şirkətinin Qarabağ erməniləri üçün etdiyi endirim GÜNDƏM OLDU

25-09-2023, 20:29   


Ermənistanda fəaliyyət göstərən Rusiyanın "Yandex GO" taksi şirkəti Gorusdan İrəvana getmək istəyən Qarabağ erməniləri üçün 99% endirim edib.

Musavat.com xəbər verir ki, bu barədə məlumat teleqram kanallarında yayılıb. 

Məlumata görə, normalda 25 min dram (110 manat) olan yolu taksilər hazırda 300 drama (1 manat 30 qəpik) aparır.

Qeyd edək ki, sözügedən məsələ ilə bağlı azərbaycanlı sosial media istifadəçiləri də sərt reaksiya göstəriblər. Sosial media istifadəçilərin "Yandex"in bir erməni şirkəti olduğunu və Bakıdakı taksi xidmətlərindən birinin də bunlara bağlı olduğunu vurğulayırlar. Eyni zamanda bu məsələyə görə cavab tədbirlərinin görülməlisinin də vacibliyi vurğulanır.

Musavat.com

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar