Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Səfirliyimizə hücum edən terrorçu ilə bağlı SON DƏQİQƏ açıqlaması: “Onun EDAM QƏRARI...”

6-10-2023, 18:16   


Xəbər verdiyimiz kimi, Zəngilanda Azərbaycanla İran arasında körpünün təməli qoyulub.

Tədbirdə Baş nazirin müavini, Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev və İranın yol və şəhərsalma naziri, Komissiyanın İran tərəfdən həmsədri Mehrdad Bəzrpaş iştirak ediblər.

İRAN TEDBİR.jpeg (131 KB)

Həmsədrlər avtomobil körpüsü və sərhəd-gömrük infrastrukturunun göstəricilərinin ölkələrin ərazisindən keçən tranzit yükdaşımalarının artımına və Naxçıvan Muxtar Respublikasına gediş-gəlişin asanlaşdırılmasına xidmət göstərəcəyini xüsusi qeyd ediblər.

Baş nazirin müavini Şahin Mustafayev jurnalistlərə açıqlamasında bildirib ki, yeni körpülər vasitəsilə İran ərazisindən keçməklə Naxçıvanla bağlantı yaradılacaq.

KORPU SON.jpeg (187 KB)

Azərbaycan-İran münasibətlərinə münasibət bildirən politoloq İlyas Hüseynov Musavat.com-a açıqlamasında qeyd edib ki, İranla Azərbaycan arasında əlaqələr öz soyuqluğu ilə seçilsə də, atılan müəyyən addımlar, səfərlər, mesajlar bu əlaqələri bərpa etmək və yoluna qoymaq üçün işartıları da formalaşdırır:

“Xüsusi nümayəndənin İrana səfər etməsi və orada xarici işlər naziri, prezident və digər şəxslər tərəfindən qəbul edilməsi, regional məsələlərin müzakirəsi də deməyə əsas verir ki, İran bölgədə Azərbaycanın əsas güc mərkəzi olduğunu, regional müstəvidə proseslərdə haqlı olduğunu anlamaqdadır.

ilyas 1.jpg (33 KB)

Digər tərəfdən, artıq nəqliyyat və yükdaşımalar sahəsində də razılaşmaların olduğunu nəzərə alaraq onların həlli istiqamətində müəyyən addımlar atıla bilər.

2022-ci il martın 11-də İran ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu imzalanıb. Bunun ardınca sentyabrın 21-də Baş nazirin müavini Şahin Mustafayev və İranın yol və şəhərsalma naziri Rüstəm Qasiminin iştirakı ilə Şərqi Zəngəzur iqtisadi rayonu ərazisində İranla dövlət sərhədində inşa olunacaq Ağbənd avtomobil yolu körpüsünün təməlqoyma mərasimi keçirilib. Bütün bunlar regional əməkdaşlığı gücləndirmək, eləcə də iqtisadi, siyasi proseslərdə Bakı və Tehranın rolunu gücləndirmək naminədir. Məhz Araz çayı üzərində körpülərin tikintisi, avtomobil və dəmiryolu istiqamətində hər iki ölkənin mövqeyi düşünürəm ki, gələcəkdə öz nəticələrini verəcək”.

Politoloq vurğulayıb ki, Səfirliyimizə qarşı edilən qanlı terror hücumunun cinayətkarının edam edilməsinə dair qərar da icra olunacaq:

“Bununla həm də İran-Azərbaycan münasibətlərində problemlər aradan qaldırıla bilər. Digər tərəfdən, hazırda nəqliyyat istiqamətində olan müzakirələr düşünürəm ki, mütləq şəkildə öz məntiqi nəticəsini tapacaq”.

Aytən Novruz
Musavat.com

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar