Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

SINDIRILMIŞ NÖKƏRİNİN HEYFINI ALMAĞA ÇALIŞAN FRANSA... - Paris Cənubi Qafqaza Ermənistanın vasitəsilə soxula bilərmi?

7-10-2023, 18:13   



Özündən müştəbeh Fransanın Azərbaycana qarşı hazırladığı məkrli plan baş tutmadı

Azərbaycanın Qarabağdakı zəfərindən sonra qəflətən fakt qarşısında çaş-baş qalmış Ermənistanın yeni ağası olmağı öz üzərinə götürən Fransa sındırılmış nökərinin heyfini İspaniyada keçirilən böyük toplantıda almağa çalışsa da, fiaskoya uğradı.

Avropanın siyasi birliyini nümayiş etdirən Qranada sammiti qarşıya qoyulan strateji bütövlyə nail olmaq yolunda gözlənilən səmərəni vermədi. Bu sammitdə Azərbaycana qarşı öncədən təziyiq və təcrid kampaniyasına hazırlıq görülmüşdü və ona görə də Prezident İlham Əliyevin Azərbaycan, Ermənistan, Fransa və Almaniya ilə keçiriləcək birgə danışıqlarda Türkiyənin də iştirakını vacib şərt kimi irəli sürməklə həmin toplantıya qatılmaması tam düzgün qərardır.



Başqa dövlətlərin geosiyasi maraqlarında həmişə oyuncaq və təxribat yuvası olmağa məmnuniyyətlə razılaşan Ermənistan öz patronu Fransandan çox şey gözləyirdi. Ancaq onların ümidləri boşa çıxdı və Fransanın anti-Azərbaycan səyləri nəticəsiz qaldı. Fransanın bütün keçmiş siyasi liderləri kimi Emmanuel Makron da Ermənistanı yalnız qoymayacaqları vədi ilə ortalıqda vurnuxmaqla nəyəsə nail olmaq niyyətindəydi.

Bəs Makron nə istəyirdi? Ermənistanın və onun ən qatı tərəfdarı Fransanın bütün haray-həşirinin əsas məqsədi Azərbaycanı beynəlxalq arenada “etnik təmizləmə aparan ölkə” kimi tanıtdırmaq və bizə qarşı sanksiya tətbiq etməkdən ibarət olub. Özündən müştəbeh Fransanın bütün cəhdlərinə baxmayaraq, onun Azərbaycana qarşı hazırladığı məkrli plan baş tutmadı.



Ümumiyyətlə, Fransa nəyə görə sərhədlərindən xeyli uzaqdakı cırtdan Ermənistan uğrunda ifrat dərəcədə canfəşanlıq edir? Parisin Afrikadakı maraqları haradasa anlaşılandır, çünki onlar oradakı təbii resurslara ehtiyac duyurlar. Amma Ermənistanda ermənilərdən başqa heç nə yoxdur. Ermənilər naminə özünü bu qədər yormağa və hörmətdən salmağa dəyərmi? Elə fikir formalaşmasın ki, Fransanın belə siyasət yürütməsinin əsas səbəbkarı təkcə Emmanuel Makrondur. Qətiyyən belə deyil. Bu, Fransanın Ermənistanla bağlı illərdən bəri həyata keçirdiyi siyasətin davamıdır.

Makronun yerində ola biləcək digər şəxs də məhz buna bənzər davranacaqdı. Məsələn, neçə illərdir ki, Fransa siyasi dairələri Türkiyəyə təzyiq metodu kimi durmadan “erməni genosidi” sayıqlamasından istifadə edir. Hələ üstəlik, 1915-ci ildə ermənilərin Osmanlı imperiyasında soyqırıma məruz qalması yalanını dünya ictimaiyyətinə geniş və obrazlı şəkildə təqdim etməkdən ötrü, fransız kinomatoqrafçıları tərəfindən 1991-ci ildə “Mayriq”, 2002-ci ildə “Aram” və 2007-ci ildə isə “Torağay yuvası” adlı filmlər çəkilib. Bunlardan əlavə, Paris şəhərinin mərkəzində “erməni genosidini” ifadə edən heykəl də qoyulub.

Fransada yaşayan ermənilərin bu ölkənin siyasi kursuna,onun strateji baxışlarına ciddi təsir etməsi barədə çox eşitmişik. Lion, Marsel şəhərlərində güclü erməni lobbisinin olmasını etiraf etməliyik. Lakin görəsən, bu lobbinin Fransanın ictimai-siyasi və mədəni həyatına təsir imkanları nə dərəcədə böyükdür ki, bu, prezident və parlamentin siyasi kursunu müəyyənləşdirir? Əlbəttə ki, bu, inandırıcı görünmür və özlərini güclü göstərmək üçün ermənilərin uydurduqları ənənəvi əfsanələrdən biridir.



Çox böyük ehtimalla Fransa Qafqaz regionunda kök salmaq üçün yeganə əlverişli ölkənin və daha doğrusu isə fürsətin yalnız Ermənistan olacağını fikirləşir və elə bu səbəbdən də uzun müddətdir ki, ermənilərin başına tumar çəkir, bizə isə zəhər püskürür. Fransa ermənilərə göstərmək istəyir ki, onların dünyadakı ən yaxın müttəfiqi məhz fransızlardır və hər məsələdə Parisə etibar etmək lazımdır.

Fransa rəhbərləri Avropa Birliyini öz siyasi ambisiyalarında ələt eməyə çalışırlıar. Ancaq bu, ən yarıtmaz və səfeh siyasi gedişdir. Geosiyasi mənzərəni yaxşı dərk etməyən Fransa qarşısına qoyduğu hansı böyük strateji planları reallaşdıracaq?

Əslində, Fransanın Avropada öncül yerə çıxması birbaşa onun öz qabiliyyətindən irəli gəlməyib. Tarixdən yaxşı bəllidir ki, Fransanı alman faşistlərinin caynağından alan ABŞ və Böyük Britaniya, onun BMT Təhlükəsizlik Şurasında beş daimi üzvdən biri olmasının səbəbkarı isə SSRİ olub.

Stalinin səyləri və təkidi ilə belə bir status əldə etmiş Fransa gələcəkdə pis vəziyyətə düşməmək üçün dönüb öz keçmişinə baxmalıdır. Siyasi çəkisnə görə ondan qat-qat güclü olan ABŞ-ın təmkinlə davrandığı, Ermənistanın 200 illik ağası olmuş Rusiyanın geri çəkildiyi bir vaxtda özünü ortalığa soxan Fransa bizim bölgədə heç bir nailiyyət qazana bilməz.

Fransanın Avropa Birliyindəki mürəkkəb problemləri həll etmədən özünü geostrateji oyunçu kimi aparması avantüradır. Avropa Birliyini vahid siyasi-iqtisadi və hərbi gücə çevirmək hələ ki, mümükün görünmür. Həm də ki, bəzi strateji təhlilçilər Avropa Birliyini “Dördüncü Reyx” adlandırırlar. Yəni, buna Almaniyanın dolayı yolla həyata keçirməyi planşadırdığı layihə kimi də baxırlar və burada Fransa arxa planı sürüşür.

Son zamanlar Almaniyanın hərbləşməyə böyük miqdarda maliyyə ayıracağı bildirilir.



Fransa Avropa Birliyində siyasi birlik əldə etmək istəyir və onun məqsədi bütün Avropa ölkələri adından siyasi qərarların verilməsini öz inhisarına keçirməkdir. Bu, onun çoxdankı arzusudur. Ancaq böyük ehtimalla üzdə deyilməsə də Fransa Avropanın iri dövlətləri Almaniya, İtaliya və İspaniya ilə fikir ayrılıqları yaşayır və elə ona görə də ümumi tənzimləyici mexanizm yaranmır.

Şübhəsiz ki, Avropa Birliyi öz daxilindəki siyasi və iqtisadi ziddiyyətləri həll etmədikcə, heç zaman ABŞ kimi nəhəngə çevrilə bilməyəcək və belə olan təqdirdə oradakı dövlətlərin böyük geostrateji proqramları həyata keçirməsi mümkün olmayacaq.



İspaniyanın Qranada şəhərində əlliyə yaxın Avropa liderinin qatıldığı sammitdə bir çox məsələlərdə yekdil fikrə gəlinməməsi Avropa Birliyinin problemləri həll etmək səviyyəsinin nə qədər aşağı olmasının bariz nümunəsidir. Həmin sammit iştirakçıları hələ Avropanın öz sərhədləri çərçivəsindəki daxili münaqişələri yoluna qoymadığı bir halda, çox uzaq regionlardakı məsələlərə kobud müdaxilə etməklə nəyə nail ola bilərlər?

Əlbəttə, heç nəyə. ABŞ-la apardığı geostrateji mücadilədə Afrikanın bir neçə ölkəsindən qovulan Fransanın Ermənistan macərasının da aqibəti buna oxşar sonluqla bitəcək.

Vaqif Nəsibov

“AzPolitika.info”

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar