Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

DİN-dən Lerikdə meşələrin qırılması iddiası ilə bağlı - AÇIQLAMA

20-10-2023, 10:48   


Lerikdə meşələrin qırılması ilə bağlı məlumat yaymışdıq. Rayon sakinlərinin bildirməsinə görə, meşələr ildən-ilə tükənir. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Anaxeber.info-ya bildirilib ki, meşələrin mühafizəsi, ağacların qanunsuz kəsilməsi və daşınması hallarına qarşı polis əməkdaşları tərəfindən mübarizə tədbirləri həyata keçirilir. Sözügedən hallarla bağlı Lerik rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən təkcə son 1 ay ərzində 10 fakt aşkarlanıb və aşkarlanan faktların hər biri ilə bağlı qanunamüvafiq qaydada tədbirlərin görülməsi təmin edilib. Bu istiqamətdə intensiv mübarizə tədbirləri davam etdirilir.

Anaxeber.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar