Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Mənzil alanlardan pulun mənbəyi tələb edilir - Səbəb

13-01-2024, 09:53   



18 Punto

Belə bir qanun çoxdan var. Notarius bunu qeyri-qanuni əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşməsinin qarşısını almaq qanunvericiliyi çərçivəsində tələb edir. Bu qanunvericiliyə əsasən də nəinki notarius, vəkillər və banklar limitdən yuxarı pulun mənbəyi haqqında soruşmalıdırlar.

Bu sözləri Axar.az-a vəkil Əkrəm Həsənov notariuslarda qiyməti 20 min manatdan yuxarı mənzil, bağ sahəsi alarkən deklarasiya tələb edilməsi ilə bağlı məsələyə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, qanunda belə bir tələb mövcuddur, lakin işlənmə mexanizmi düzgün deyil:

“Burada qanunsuz və qeyri-adi bir məsələ yoxdur. Sadəcə, Azərbaycanda bu qanunvericilik formaldır. Onun real təsir qüvvəsi yoxdur. Çünki vətəndaş gəlirin mənbəyi ilə bağlı istədiyi məlumatı verə bilir. “İllərlə yığdığım puldur, babamdan qalıb, qohumum bağışlayıb” və s. kimi versiyalar səsləndirmək mümkündür. Bunu isə yoxlamaq, həqiqiliyini müəyyən etmək mümkün deyil. Bu qanunvericiliyin həqiqi tətbiq edildiyi ölkələrdə vətəndaşların gəlir bəyannaməsi var. 2005-ci ildə Azərbaycanda məmurların gəlir bəyannaməsinin verilməsi haqqında qanun qəbul edilib, Beynəlxalq Konvensiyaya da qoşulmuşuq. Lakin 19 ildir biz onu tətbiq edə bilmirik. Nazirlər Kabineti o bəyannəmənin formasını hazırlamalıdır, lakin indiyə kimi hazırlamayıb”.

Tikinti və daşınmaz əmlak üzrə ekspert Elnur Azadov saytımıza açıqlamasında vurğulayıb ki, bu tələb yeni inşa olunmuş binalara tələbatı artıra bilər, lakin nəticələr çıxarmaq üçün ayın sonunu gözləmək lazımdır:

“Düzdür, indi bu alıcıların təşvişinə səbəb olub. Narahatdılar. Amma zamanla bu, yoluna qoyulacaq. Burada qorxulu səbəb yoxdur. Vətəndaş əmlakı satıb vəsait əldə edibsə, pulun mənbəyi var demək. Lakin hər hansı mənbədən gəliri göstərilmirsə, deklarasiyada qeyd etmək qorxusu yaranırsa, belə vətəndaşlar üçün necə olacağını zaman göstərəcək. Həmin şəxslər yeni inşa olunmuş binalardan müqavilə ilə mənzillər alacaqlar. Hazırda o sektora ola bilsin tələbat artsın. Çünki müqavilə əsasında aldıqları əmlakın üzərində sonradan mülkiyyət hüquqları əldə etmiş olacaqlar”.


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar