Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Psixopatlar, tərbiyəsizlər...Ölkəni kim bu günə qoyub?

20-02-2024, 08:16   








Nə baş verir? Biri psixopat yetişdirir, sonra gəlib bütün ailəsini baltalayır, biri anormal harın yetişdirir, küçədə yaşlı qadına ilişir, bir başqası da tərbiyə görmür, "vor zakon" kimi özlərini hiss edib məktəbli qızın alnına təhqir yazır, başında yumurta sındırırlar...Biz cəmiyyət olaraq bu yerə nə vaxt gəlib çıxdıq? Artıq mənəvi aşınma sərhəd tanımır və böyük uçurumun qapısındayıq. Ötən gün yayılan video ictimai qəzəb doğurmaqla bərabər, xalqın ölkədəki mənəvi böhrandan həyəcan təbili çalmasının reaksiyası idi. İctimaiyyət baş verənlərdən narahatlıq keçirir: bizim uşaqlar hara gedir, bu ölkənin gələcəyi necə olacaq, tərbiyəsizlik, səviyyəsizlik, kütləvi psixoz nə qədər davam edəcək... Müqəssir hamıdır. Biz təqsirkar axtarışına çıxsaq, təkləyə bilmərik. Burada siyasi sistemdən tutmuş təhsilsizliyə qədər, valideynin tərbiyə verməməsindən ta sosial şəbəkələrin təsirinə qədər bütün səbəbləri göstərmək olar. Çünki böhranın kökünə kompleks baxmaq lazımdır. Biz məhv edilmiş təhsil görməkdəyik, biz inkişaf etməyən siyasi sistemin nəzarətindəyik, biz mənəvi dəyərləri tapdalayıb nalayiq adamların efirlərə buraxılması, təbliğ olunması dövründəyik, biz sosial platformalarda iyrənc görüntülərin yayıldığı, tik-tokda asanlıqla məşhurlaşan əxlaqsız adamların gəncliyə "nümunə" kimi sırındığı labirintdəyik. Əlbəttə ki, belə mühitdə məktəbli qızın alnına alçaldıcı söz də yazanlar tapılacaq, ailəsini doğrayan Əhməd də, özünü küçədə apara bilməyən Afiyyədin də...
Bütün bunlar cəmiyyətdən dövlətə bir sosial sifariş və tələbdir: təcili şəkildə real işlər görülməlidir. Birincisi, efirlərə tam əl gəzdirmək lazımdır, mənəviyyatı korlayan verilişlər birmənalı şəkildə bağlanmalıdır. İkincisi, təhsildə ciddi islahatlara, keyfiyyət artımına gedilməli, konkret dəyişikliklər olmalıdır. Üçüncüsü, sərt cəzalar verilənklə yanaşı güclü ictimai qınaq olmalı, vətəndaş cəmiyyəti güclənməlidir. Ölkədə əksər QHT-lər heç bir iş görmür. Nəhayət, məktəblərdə nizam-intizam daha ciddi şəkil almalıdır. Hakimiyyətin təhsildə islahatlar və vətəndaş cəmiyyətini inkişafı barədə konsepsiyası olmalıdır. Yoxsa bu gedişlə bizi qarşıda daha betər "sürpriz"lər gözləyə bilər...


Azər Talıbov
Anaxeber.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar