Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

İndi də Abşeron məktəbində RƏZALƏT: Sənin lüt şəkillərini yayacam...

25-02-2024, 11:16   





Abşeron rayon məktəblərində rüsvayçılıqlar baş verməkdədir. Anaxeber.info məlumat verir ki, onlardan biri rayonun 9 saylı tam orta məktəbində olub. Bu haqda vətəndaşlardan biri sosial mediada audio yazı yayıb. Həmin səsdə yuxarı sinif şagirdlərindən biri məktəbli qızı təhdid edir. Onu hədələyir ki, çılpaq fotolarını yayacaq. Sosial şəbəkədə həmin səsi yayan şəxs dövlət orqanlarına çağırış edir ki, Abşeron məktəblərində baş verən rəzilliklər barəsində ölçü götürülsün. Onun sözlərinə görə, məktəblərdə qruplaşmalar yaradılıb və şagirdlər şəbəkələşərək bir-birini biabır etməklə hədə-qorxu gəlirlər. Bu da göstərir ki, Abşeron təhsilində nizam-intizam yoxdur, tədris sıfırdır, şagirdlərə nəzarət edilmir, direktorların və Abşeron təhsil idarəsi rəhbərinin başı ayrı işlərə qarışıb. Hətta təhsil şefinin qadın salonu açdığı iddiaları var. Ona görə də başı biznesdən açılmır və məktəblərdə vəziyyətlə maraqlanmır. Qeyd edək ki, bu günlərcə paytaxtın 156 saylı məktəbinin şagirdinə qarşı təhqiramiz hərəkətlərə yol verilmişdi və videosu yayılmışdı. İndisə Abşeronun 9 saylı məktəbində şagirdlərdən biri çılpaq fotolar yayacağı ilə həmcinsini təhdid edir. Abşeron təhsilindəki vəziyyət və onun rəhbərinin fəaliyyəti haqda daha ətraflı məlumat verəcəyik.

Azər Talıbov
Anaxeber.info  

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar