Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

UKRAYNA ÜÇÜN “ALMAN VARİANTI” – “Bufer zonası”na çevrilmək Ukraynaya nə vəd edir?

27-02-2024, 08:23   

Ukrayna Prezidenti Volodimir Zelenski keçirdiyi son mətbuat konfransında iki ildir davam edən Rusiya-Ukrayna müharibəsini dəyərləndirərkən deyib ki, 2024-cü il dönüş ilidir. Müharibə ilə bağlı bir çox məsələlərə toxunan Ukrayna Prezidenti bildirib ki, ötən yay həyata keçirilən əks-hücum əməliyyatı zamanı hücum üçün müvafiq həcmdə silah olmayıb. Çünki Qərb tərəfdaşları silahla bağlı vədlərini yerinə yetirməyiblər. Zelenski bu məsələdə xaricdən asılı olduqlarını xüsusi vurğulayıb.

Maraqlıdır ki, Qərb Ukraynaya yardım göstərəcəyini vəd etməklə yanaşı, digər tərəfdən də müharibəyə necə son qoyulması və Ukraynanın hansı güzəştlərə gedə biləcəyi barədə müzakirələrə başlayıb.

“AzPolitika” xəbər verir ki, Ukraynanın obozrevatel.com saytında dərc edilən “Alman variantı və ya bufer zonası: müharibənin dondurulması Ukraynaya nə verə bilər” başlıqlı məqalədə sözügedən məsələyə toxunulur.

Həmin məqaləni qısa ixtisarla təqdim edirik:

”Qərbdə Ukraynadakı müharibəyə son qoyulması ilə bağlı müzakirələr güclənib. Ukraynanın müttəfiqlərinin yekdil rəsmi mövqeyi belədir: ”Rusiyanın öz qoşunlarını Ukraynanın işğal olunan bütün ərazilərindən tamamilə çxarmasından sonra müharibə bitəcək və bu baş verməyənə qədər biz təcavüzkara qalib gəlmək üçün Ukraynaya kömək edəcəyik”

Bununla yanaşı, cəbhədəki durğun vəziyyət səbəbindən müharibənin dondurulması məsələsi də təbliğ olunmağa başlayıb. Belə fikirlər səslənir ki, Rusiyanın resurs imkanları nəzərə alınmalı və birbaşa hərbi qarşıdurmaya girmək əvəzinə Ukraynanın siyasi-iqtisadi cəhətdən dəstəklənməsi və həm də təcavüzkarın tədricən “məhv edilməsi” fazasına keçilməsi daha yaxşıdır. Bu cür variantların artmasının səbəbi müharibəni tezliklə bitirəcəyini deyən Donald Trampın hakimiyyətə gələ biləcəyi ehtimalı ilə də bağlı ola bilər.

“Alman variantı”, işğal edilmiş ərazilərsiz NATO-ya üzv olmaq

Əgər qısa söyləsək, ”alman modeli” Ukraynanın NATO üzvlüyünə qəbul edilməsi anlamına gəlir. Lakin bu, “hərbi əməliyyatlar gedən ərazilərsiz” baş tuta bilər. 

Belə bir təklifi NATO-nun keçmiş baş katibi Andres Foq Rasmussen irəliyə sürüb. Onun fikrinə görə, Ukraynanın “qismən üzvlüyü” (Ukrayna işğal olunmamış ərzilərilə NATO-ya daxil olur) Rusiyanın hücumunu dayandırar və bu, NATO tərəfindən Kremlə aydın cavab siqnalı olar.

Ukraynanın keçmiş xarici işlər naziri Vladimir Oqrızko obozrevatel.com-a verdiyi şərhdə deyib: ”Ukrayna üçün absurd və qəbuledilməz variantdır. Bu, bizim ölkəmizin faktiki olaraq iki yerə parçalanması deməkdir və qətiyyən qəbul edilə bilməz. Həm də ki, bu ssenari müharibənin başa çatmasına gətirməyəcək. Bu, Rusiyanın növbəti təzavüzə hazırlıq üçün mümkün fasilə götürməsidir. Belə bir yanaşma şəxsən məni çaşdırır. Yəni, əgər biz hadisələrin bu cür cərəyan etməsiylə razılaşsaq, onda bizi dərhal NATO-ya qəbul edəcəklər? Yoxsa bu gün bizi Avropa İttifaqına necə “qəbul etdikləri” kimi naməlum şeylər baş verəcək? Bu yanaşmaya yenidən baxmağın vaxtıdır, əks təqdirdə şəhv istiqamətdə gedəcəyik”.

Koreya variantı - Yenidən dirçəlmək üçün müharibənin dayandırılması

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar