Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

İslam Dövləti qrupu Moskvadakı hücuma görə məsuliyyəti üzərinə götürüb

23-03-2024, 09:33   


İslam Dövləti qrupu sosial mediada paylaşdığı yazıda Moskvadakı hücumun məsuliyyətini üzərinə götürüb.

Qrup Aamaq xəbər agentliyinə yerləşdirdiyi məlumatda Rusiya paytaxtı Moskva yaxınlığındakı Krasnoqorsk şəhərində xristianların böyük yığıncağına hücum edərək, yüzlərlə insanı öldürdüyünü və yaraladığını bildirib.

İddianın həqiqiliyini yoxlamaq dərhal mümkün olmayıb.

Rusiyanın əsas daxili təhlükəsizlik və terrorla mübarizə agentliyi olan Federal Təhlükəsizlik Xidmətinin məlumatına görə, hücum böyük konsert zalı olan Crocus City Hall-da baş verib. Təlükəsizlik xidməti bildirib ki, silahlı şəxslər binaya daxil olaraq atəş açıb və ən azı 40 nəfəri öldürüb, 100-dən çox insanı yaralayıb. Bina həmçinin yandırılıb.

Hücum edən şəxslərin aqibəti dərhal bəlli olmayıb. Rusiyanın bəzi xəbər agentlikləri onların xüsusi qüvvələr və iğtişaş polisi gəlmədən hadisə yerindən qaçdıqlarını bildirib.

Moskva meri Sergey Sobyanin hücumu “böyük faciə adlandırıb,” dövlət orqanları isə onu terror kimi araşdırır. Konsert zalında yanğın və damın çökməsi ilə nəticələnən hücum son illərdə Rusiyada baş verən ən tələfatlı hücumdur və Rusiyanın Ukraynadakı müharibə üçüncü ilinə daxil olduğu bir vaxta təsadüf edir.

Silahlı atəş və qumbaraatanlar

Rusiya xəbər orqanlarının məlumatına görə, hücum edən şəxslər partlayıcılar ataraq 6000-nəfərlik konsert zalında böyük yanğına səbəb olub. Çöldən çəkilmiş videoda binanın yandığı, gecə səmasına nəhəng tüstü buludunın qalxdığı göstərilir. Küçə boyu onlarla yanğınsöndürən maşınlar, təcili tibbi yardım maşınları və başqa fövqəladə yardım maşınları düzülüb, bir neçə yanğınsöndürən helikopter isə havadan yanğına su atıb.

Hücum böyük izdihan məşhur rus rok qruğu Piknik-in konserti üçün bir araya gəldiyi zalda baş verib. Rusiya xəbər agentlikləti bildirib ki, konsert iştirakçıları təxliyə edilir, ancaq naməlum sayda insan yanğın səbəbilə hələ də içəridə ilişib qalmış ola bilər.

Prokurorluq hərbi geyimdə olan bir neçə nəfərin konsert zalına daxil olaraq konsertə gələnlərə atəş açdığını bildirib.

Rusiya mediası və Telegram kanalında paylaşılan videolarda davamlı atəş səsləri eşidilir. Bir videoda əllərində tüfəng olan iki kişinin konsert zalında hərəkət etdiyi əks olunub. Bir digər videoda bir kişi auditoriyanın içində olduğu, hücum edənlərin onu yandırdığı dediyi göstərilib, arxa planda isə dayanmadan silah səsləri eşidilir.

Digər videolarda avtomat tüfəngləri ilə silahlanmış və papaq taxan dörd nəfərə qədər hücumçunun uzaq məsafədən qışqıran insanları atəşə tutması əks olunub.

Rusiya mətbuatı xəbər verir ki, konsert zalındakı mühafizəçilərin silahları olmayıb və onların bəziləri hücumun əvvəlində öldürmüş ola bilər.

Beynəlxalq reaksiya

Yanğın gecə gec saatlara qədər davam etdiyi bir vaxtda, dünyanın hər yerindən qəzəb, şok və hadisə qurbanları və zərərçəkənlərə dəstək bəyanatları axıb.

Rusiya sosial mediasında bəzi şərhçilər Kremlin tənqidçilərini amansızcasına izləyən və onlara təzyiq göstərən hakimiyyət orqanlarının bu təhlükəni necə müəyyən edə və hücumun qarşısını ala bilmədiklərini sual ediblər.

Rusiya hakimiyyəti bildirib ki, Moskva hava limanları, dəmiryol stansiyaları paytaxtın metro sistemində təhlükəsizlik tədbirləri gücləndirilib. Moskva meri bütün kütləvi yığıncaqları təxirə salıb, teatr və musetlər həftə sonu üçün bağlanəb. Rusiya başqa regionlarında da təhlükəsizlik tədbirləri gücləndirilib.

Kreml hücuma görə dərhal heç kimi günahlandırmasa da, bəzi rus qanunvericilər Ukraynanı onun arxasında olmaqda ittiham edib və zərbələrin artırılmasına çağırıb.

Hücumdan bir neçə saat öncə Rusiya ordusu Ukraynanın enerji sisteminə genişmiqyaslı zərbələr endirib, ölkənin ən böyük su elektrik stansiyasını və digər enerji obyektlərini sıradan çıxarıb və bir milyondan çox insanı işıqsız qoyub.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar