Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Yaşı 15 ildən keçən avtomobil taksi xidməti göstərməyəcək

29-03-2024, 09:13   


Dövlət qeydiyyat şəhadətnaməsində buraxılışından 8 ildən artıq vaxt keçmiş avtonəqliyyat vasitəsinə buraxılış kartı verilməyəcək.

Habelə, şəhadətnaməsində buraxılışından 15 ildən artıq keçən avtomobil taksi kimi sərnişin daşımalarında istifadə oluna bilməz.

Bu tələb martın 28-də Nazirlər Kabinetinin təsdiqlədiyi “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”də əksini tapıb.

Yeni tələblərə görə, müntəzəm şəhərlərarası (rayonlararası) sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin rəngi ağ olmalıdır.Şəhərdaxili (rayondaxili) qırmızı, həriki daşımalarında istifadə olunan elektrik mühərrikli avtonəqliyyat vasitələri də yaşıl. Taksi minik avtomobilləri isə ağ və ya qırmızı rənglərdə olacaqlar.

Bu tələblər 2024-cü il iyulun 1-dən ölkəyə idxal edilən və ya ölkədə istehsal edilən avtonəqliyyat vasitələrinə şamil ediləcək.

Digər tələblərə əsasən, taksilər “ABS” əyləc, salonu normal işıqlandırma sistemi, tam hava tənzimləyicisi (sərinlətmə və isitmə funksiyalı), sürücü və bütün sərnişinlər üçün təhlükəsizlik kəməri ilə təchiz edilməlidir.

Bundan əlavə onlarda bütün salonu əhatə edən və qeydə aldığı məlumatları ən azı 1 ay saxlaya bilən yaddaş qurğusu ilə təchiz edilmiş videokameralar quraşdırılmalıdır.

Habelə taksi avtomobilləri ən azı “avro-5” ekoloji standartına uyğun olmalıdır.

Tələblər 2024-cü il iyulun 1-dən qüvvəyə minir.



Xatırlatma

Azərbaycanda taksilərlə bağlı dəyişikliklər artıq 2023-cü ildən həyata keçirilir.

"Avtomobil nəqliyyatı haqqında" Qanuna edilən dəyişikliklərə əsasən, taksi sürücüsü tibbi müayinədən keçməli, avtomobilin texniki vəziyyəti yoxlanmalıdır. Eyni zamanda, taksi sürücüləri buraxılış vəsiqəsi əsasında işləməlidir.

Bəzi ekspertlər hesab edirlər ki, bütün bu dəyişikliklər taksi fəaliyyətində tək texniki keyfiyyətə yox qiymətlərin yüksəlməsinə də səbəb olacaq.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar