Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Hökumətin "islahat"ı onminlərlə sürücünü işsiz qoydu - taksi monopoliyası kimlərə lazımdır ?

31-03-2024, 10:13   





Azərbaycan hökuməti 2020, 27 sentyabrdan əvvələ qayıdıb. Daha doğrusu, 44 günlük bir taym-aut götürmüşdü, 
10 noyabrda yekunlaşan 44 günlük Vətən müharibəsi qələbəsinin ardınca yenə öz "xarakterini" nümayiş etdirməyə başladı. Hətta 19 sentyabrda keçirilən antiterror əməliyyatı ilə bağlanan Qarabağ səhifəsi müəyyən ümid yaratdı ki, bəlkə hakimiyyət daxili siyasətini dəyişə. Lakin hökumət verdiyi qərarlarla, atılan addımlarla, ölkəni az qala cərimə batalyonuna çevirməklə, hər sahəyə "islahat" adı ilə müdaxilə edib əhalini narazı salmaqla, sosial təminat sahəsində qazisindən əlilliyi olan şəxslərə qədər hamını total şəkildə protest elektorata çevirməklə sübut etdi ki, ondan yaxşı mənada heç nə gözləmək olmaz. Hökumət son olaraq taksi xidməti barədə verdiyi mənasız, absurd, onminlərlə sürücünü çörəksiz qoyan qaydaları ilə bir daha nümayiş etdirdi ki, bu iqtidarın Qarabağı azad etməsi başqa, daxili idarəetmə ayrı... Yəni biz idarəetmə fəlsəfəsi dəyişməyən, xalqı şikayətçi salmağa davam edəcək bir hökumətik. Belə olmasaydı, ölkədə minlərlə taksi şoferinin əl-qolunu bağlayan qaydalar qüvvəyə minməzdi. Bu, Zəfəri gözdən salmaq, insanları narazı qoymaqla 44 gündə hakimiyyətə yaranmış etimadı yerə vurmaqdır. Axı bunu niyə edirsiniz? Minlərlə adamı dövlətə qarşı qaldırmaq lazımdırmı? Onsuz da bütün sektorlarda inhisarçılıq yaratmısınız, bir taksi monopoliyası qalmışdı...
Ümumiyyətlə, hakimiyyətin hazırkı siyasi arenada tutduğu mövqeyə ilə daxili siyasətdə addımları adekvat deyil: mötəbər beynəlxalq tədbirlərdə iştirak, Qərblə ciddi iqtisadi əməkdaşlıq, Rusiya - Ukrayna müharibəsində praqmatik mövqe, Cənubi Qafqaz proseslərində məntiqli addımlar, Orta Dəhlizin açılması üçün yürüdülən siyasət və...bu hökumət onminlərlə sürücünü işsiz qoyur, bütün işlərin üstündən xətt çəkir, xalqın gözündə imicini yerlə bir edir.
Axı buna nə ehtiyac var idi? Çünki hər hansı qərar qəbul ediləndə, ona zərurət olur, xalqdan sosial sifariş gəlir, yaxud kütləvi şikayətlər olur ki, sonda dövlət qərar qəbul etməyə məcbur qalır. Taksidən hansı kütləvi narazılıq var idi ki? - heç nə. Sürücülər işləyir, müştərilər sifariş edir, qiymətlər münasib, vaxtaşırı bəzi nöqsanlar olurdu ki, bu da hazırkı qaydaları qəbul etməyə dəyməzdi. Deməli, məqsəd bu sahəni inhisara almaqdır, sürücülərlə bağlı probpem deyil. Taksilər barədə qaydalara diqqət edin: avtomobillər ağ və qırmızı olmalıdır. Deyək ki, ağ rəngdə avtomobillərin sayı çoxdur, bəs, qırmızı rəngdə maşın nə qədər var? O halda minlərlə maşın taksi bazarını tərk etməli olacaq və qırmızı rəngdə sayca o qədər maşın tapmaq mümkün deyil ki, onun yerini doldura bilsin. Belə çıxır ki, sürücülər 1500-2000 verib avtomobilini qırmızı rəngə boyatmalıdır. Şəhərdə böyük payı olan “1 manatlıq” taksi sistemi də ciddi itkiyə məruz qalacaq və bunu kompensasiya edəcək heç bir təklif irəli sürülmür. Bir sözlə, taksilərlə bağlı qaydalar ciddi böhran yaradacaq. Bu addımlar sosial vəziyyətə mənfi təsir edəcək, işsizliyi artıracaq, əlavə gərginliyə səbəb olacaq. Yeri gəlmişkən, sosial şəbəkələrdə yayılan xəbərlərə görə, aprelin 1-dən taksi şoferləri tətilə başlayır. Paytaxtda 3 günlük tətil elan olunacağı deyilir. Əgər bu tətil baş tutarsa, hökumət ciddi təpki ilə üzləşmiş olacaq... 

Anaxeber.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar