Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

İran İsrailə hücum etməklə münaqişədə eskalasiya yaradır; ABŞ İrandan atılan mərmilərin zərərsizləşdirilməsində İsrailə yardım göstərir

14-04-2024, 09:53   


İran öz ərazisindən İsrailə hava hücumlarına başlamaqla regional rəqiblər arasındakı münaqişədə eskalasiyaya yol açıb və ABŞ qüvvələrini İsrailə yardım üçün hərəkətə keçməyə sövq edib.

İran İslam İnqilabı Keşikçiləri Korpsunun sübh çağı yaydığı bəyanatda bildirilir ki, İslam respublikası qüvvələrinin İran ərazisindən İsrailə doğru onlarla dronlar və mərmilər atılıb. Bəyanatda deyilir ki, bu hücum aprelin 1-də Dəməşqdə bir neçə yüksək rütbəli İran hərbi komandirinin həlak olması ilə nəticələnən hücuma cavab olaraq olduğunu bildirib. İran rəsmiləri bu hücumu İsrailin həyata keçirdiyini bildirmişdi.

1 aprel zərbəsinə görə məsuliyyəti nə təsdiq, nə də təkzib edən İsrail ordusu, hava və dəniz qüvvələrinin İranın pilotsuz uçuş apatlarının hücumunu izlədiyini və onların çoxunu zərərsizləşdirdiyini bildirən bəyanat yayıb.

Sosial mediada yerləşdirilən gecə videoları göstərir ki, İsrailin mərkəzində və cənubunda bəzi mərmi və dronlar səmada vurulur, digərləri isə sirena səsləri altında yerə dəyərək partlayır.

İsrailin hərbi sözçüsü Daniel Haqari deyib ki, cənubi Negev səhrasında gənc qız yaralanıb.


İsrail Müdafiə Qüvvələrinin X platformasında yaydığı məlumatda bildirirlir ki, İsrailin cənubundakı bir hərbi bazanın infrastrukturuna yüngül ziyan dəyib.

İsrailin ehtiyatda olan briqada generalı, baş nazir Benyamin Netanyahunun keçmiş milli təhlükəsizlik müşaviri Yakob Nagel Amerikanın Səsinə telefonla müsahibəsində deyib ki, İsrail Hərbi Hava Qüvvələri çox güman ki, qonşu ərəb ölkələrinin hava məkanında İran pilotsuz təyyarələrini vurmağa başlayıb. Belə dronların İrandan İsrail hava məkanına çatması bir neçə saat çəkəcək.

Vaşinqtonda yerləşən Demokratiyaların Müdafiəsi Fondunun baş əməkdaşı olan Nagel deyib ki, o, İsrailin hərbi imkanları və İranın hücumuna hazırlıq barədə bildikləri əsasında danışır.

İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Hagari öncə X sosial media platformasında yayımladığı videomüraciətdə İranın hava hücumunda raketlərdən istifadə etdiyini də bildirib.

İsrailin baş naziri Benyamin Netanyahu televiziya ilə yayımlanan çıxışında bildirib ki, İsrail “hər hansı bir təhlükəyə qarşı özünü müdafiə edəcək və bunu rasional şəkildə və qətiyyətlə edəcək”.

Bayden administrasiyası bildirib ki, ABŞ “İsrail xalqının yanında olacaq və onların İrandan gələn bu təhdidlərə qarşı müdafiəsini dəstəkləyəcək”.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Adrien Votson bəyanatında bildirilir ki, "Bu hücumun bir neçə saat ərzində baş verəcəyi ehtimalı var. Prezident Bayden açıq şəkildə bildirib- İsrailin təhlükəsizliyinə dəstəyimiz dəmir kimi möhkəmdir".

Netanyahu öz bəyanatında ABŞ-ın dəstəyinə toxunub: “Biz ABŞ-ın İsraillə yanaşı dayanmasını, həmçinin Britaniya, Fransa və bir çox digər ölkələrin dəstəyini yüksək qiymətləndiririk”.

İranın Nyu-Yorkdakı BMT missiyası X platformasında dərc olunan yazısında bildirib ki, İsrailə hava hücumu ilə Tehran hərbi əməliyyatını yekunlaşdırdı.


Əlavə olaraq İranın Nyu-Yorkdakı BMT missiyası bildirib ki, "İsrail rejimi növbəti səhvə yol verərsə, İranın cavabı xeyli sərt olacaq. Bu, İran və özbaşınalıq edən İsrail rejimi arasında münaqişədir və ABŞ ondan uzaq durmalıdır!"

Nagel bildirir ki, İranın İslam Respublikası ilə İsrail arasında onilliklər ərzində davam edən düşmənçilik şəraitində ilk dəfə törədilmiş bu hücum, çox güman ki, münaqişədə dönüş nöqtəsi olacaq.

“Yəqin ki, biz regional qarşıdurmanın şahidi olacağıq, çünki bu, təkcə İranın İsrailə qarşı deyil, İranın azad dünyaya qarşı olmasıdır.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar