Azərbaycanda ildırım vuran 3 nəfərdən 2-si öldü – Kabus kimi gecəA

1-06-2024, 10:51   








Azərbaycanda daha bir nəfəri ildırım vurub.

SAVASH.ORG-un məlumatına görə, növbəti bədbaxt hadisə Gəncədə baş verib.

Belə ki, şəhərin Həsən Əliyev küçəsində 24 yaşlı O.Quliyevi ildırım vurub.

O, ağır halda xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, bu gün Tovuzda da 14 yaşlı Səbuhi Abdullazadəni ildırım vuraraq öldürüb.

Daha bir ildırım vurma nəticəsində ölüm hadisəsi isə Şəmkirdə baş verib.

Son məlumata görə, Yeni Həyat qəsəbəsində 1963-cü il təvəllüdlü Musayev Züriyyət Əli oğlunu ildırım vuraraq öldürüb.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar