AHİK-in 11 avtomobili Səttar Möhbalıyevin qohumlarından alındı

2-09-2024, 15:13   





Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) 11 avtomobili keçmiş sədr Səttar Möhbalıyevin qohumlarından alınıb.

 

Pravda.az-ın xəbərinə görə, həmin avtomobillər indiyədək S.Möhbalıyevin ailə üzvlərinin və qohumlarının istifadəsində olub, maşınların bütün xərcləri AHİK-in hesabına ödənilib.

 

Bildirilib ki, keçmiş sədr "Mercedes" markalı xidməti avtomobilini təhvil verdikdən özünə yeni avtomobil də alıb. 

 

Qeyd: Konfederasiyanın hazırki sədri Sahib Məmmədovdur. 

 

Nadir


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.